Emil Zolya: “İttiham edirəm“

Emil Zolya:  “İttiham edirəm“
1 mart 2011
# 17:27
Tarix: 15 oktyabr, 1894...
Fransanın Baş Qərargahında vəzifə daşıyan 25 yaşlı Topçu Yüzbaşı Dreyfus həbs edildi.
Ona verilən ittiham Alman hərbi attaşesi Şvartkoppenə bəzi məxfi rəsmi məlumatları verməsiydi.
Yəhudi mənşəli yüzbaşı Dreyfus fransız ictimai rəyinin antisemit duyğularının cövlan etdiyi bir mərhələdə medianın da təzyiqi nəticəsində olaraq cinayətkar elan edildi.
Yəhudi Yüzbaşı Dreyfus 1894-cü ilin dekabr ayının əvvəlində mühakimə edilməyə başladı.
Prokurorun əlində məhkəməyə təqdim edə biləcəyi əsaslı bir dəlil yox idi.
Yeganədəlil alman hərbi attaşesi Şvartkoppenin evindəki zibil qutusunda tapılan bir qeyd və imzasız bir xəbər məktubuydu.
Prokuror qeydin Dreyfusa məxsus olduğu iddia edirdi.
Dreyfus yazının ona aid olmadığını söylədi, amma heç kimi inandıra bilmədi.
Hakimlər Dreyfusa özünü müdafiə etmək şansı da vermədi və onu heç dinləmədən hökmü oxudular.
1894-cü ilin 22 dekabrında hakimlərin yekdil rəyi ilə o, “vətənə xəyanət” maddəsiylə ömürlük azadlıqdan məhrum edildi.
Bir müddət sonra ordu kəşfiyyatının başına gətirilən Georgi Pikuart Dreyfusun dosyesini yenidən araşdırmağa başladı.
O, zibil qutusunda tapılan qeydin Valsin Esterhazi adında başqa bir zabitə məxsus olduğunu ortaya çıxardı.
Məhkəmə bu etirazı nəzərə almadı.
Üstəlik, kəşfiyyatçı Pikuartı vəzifədən kənarlaşdırdılar
Bu məqamda məşhur yazıçı Emil Zolya basqılara məhəl qoymadan prezident Felix Fauerə “İttiham edirəm” başlıqlı bir məktub yazdı.

“İttiham edirəm”

1898-ci ilin 13 yanvarında “Laurore” qəzetində yayımlanan bu məktub əslində bir haray idi, bir üsyan idi.
Bu əsl dik duruş idi, amma ilk deyildi, bundan əvvəl də belə olmuşdu, sonra da belə olacaqdı.
Məktubdakı sətrlərdən alov saçılırdı:

“Bu iddianamə heç bir hüquqi dəyər daşımamaqdadır.

Günahsız bir insana qarşı belə bir hökm vermək ədalətsizliyin möcüzəsidir.

Heç bir namuslu insanın bu hökmü ürəyi üsyan etmədən oxuya biləcəyinə inanmıram.

Dreyfusun günahı onun bir çox dil bilməsidir.

Evində heç bir təhlükəli sənədin tapılmamasıdır onun günahı.

Ara-sıra doğulduğu ölkəyə səfər etməsi günahdır.

Çalışqan olması, daim öyrənməyə can atması da günahdır.

Gəncliyə xas coşqunluğu da günahdır.

Coşmaması da bir günahdır.

İddianamə qələmə alınarkən axmaqlıq ucbatından boşluqda qalan iddialar!

Bizə ittihamın 14 əsas maddə əsasında hazırlandığı deyilmişdi.

Halbuki, təkcə bir maddədən- cədvəl maddəsindən başqa bir şey tapa bilmirik. Və hətta öyrənirik ki, ekspertlər də bir şey anlaya bilmirlərmiş.”

İntensiv basqılara olsa da , ölkəsindən getmək məcburiyyətində qalması bahasına başa gəlsədə Emil Zolya ədaləti-hüququ müdafiə etdi. Yəhudi düşməni antisemit hərəkətlərə qarşı bayraq qaldırdı.

Belə bir situasiyada bizi gerçəklə üzləşdirən bir Emil Zolyaya ehtiyacımız var.

Belə bir məktubu Yaşar Kamal yaza bilməzmi?

Ya da...

P.S, “Hürriyət qəzeti”ndə Soner Yalçının “Türkiyədə bir Emil Zolya yoxdur” məqaləsi əsasında Kənan HACI hazırladı. Bu yazı çap edildikdən bir neçə gün sonra Soner Yalçının özü də həbs edildi
# 1082 dəfə oxunub

Oxşar xəbərlər

© 2011 - 2021 Bütün müəllif hüquqları qorunur.