Sartrın aforizmləri MƏTN

Sartrın aforizmləri MƏTN
6 noyabr 2012
# 08:00
Kulis.az məşhur fransız yazıçısı və filosofu Jan Pol Sartrın aforizmlərini təqdim edir:


-İntihar qaçış deyil, imtinadır.

-Eşq insanların şüurları birləşdirmək cəhdidir. Amma bu bekara cəhddir, çünki hər insan öz şüuruna məhkumdur.

-Ən böyük günah peşmanlıqdır.

-Əşyaların o biri üzü də var, adam onları dəli olanda görə bilir.

-Mənim kimi qoca inqilabçıya bu mükafatı görmək kapitalizmin intiqamından başqa bir şey deyil. (Nobeldən imtina edərkən deyilib)

-Cəhənnəm başqalarıdır.

-Müharibəni varlılar törədir, amma orda kasıblar ölür.

-Fikir azadlığından məhrum olmaq fikirləri ifadə etmək deyil, fikirdən məhrum olmaqdır.

-İnsan azadlığa məhkumdur. Onu dünyaya atıblar, etdiyi hər şeyə görə o məsuliyyət daşıyır.

-Mövcud olmaq susamadan su içməkdir.



Tərcümə: Qan Turalı
# 3129 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026