Bakıda sevgi yoxdur, kapitalizm var ŞEİRLƏR

Bakıda sevgi yoxdur, kapitalizm var ŞEİRLƏR
15 oktyabr 2012
# 15:35
bilirsən nə pisdir?
dolub ağlamamaq,
göz yaşı udmaq.
soyuq, heykəl kimi
"bəlkə də olardı"
deyib yaşamaq.
hər küçə başında
dayanacaqda,
bir cüt göz axtarmaq,
səni axtarmaq.
bilmirəm neçənci ildönümü
sən gedən günün,
daha çox bezəndə, axşamüstü
intihar etməyə cəsarət etməmək
cəsarət etmək.
bilirsən nə pisdir?
deyəsən nə sən var idin,
nə ayrılmışdıq.

bu gün öləcəm deyəsən

bu gün öləcəm deyəsən,
bu sabahın gecəsi
pis yuxular görmədim.
uşaq kimi yatmışam,
səhərəcən yerimdə.
bu gün öləcəm deyəsən,
pis xəbər eşitmədim.
heç kəs ölməyib bu gün
bu xaraba şəhərdə.

fevralın şaxtasına

küçələrdə donan yox.
bu gün öləcəm deyəsən,
nəsə daha rahatam.
beynimdə oturub,
ayaqlarımı sallamışam
pəncərədən dünayaya.
bu gün öləcəm deyəsən,
küçədə kimi görsəm
gülümsəyir üzümə.
bu gün çox qəribədir,
baxdığım hər qadında
artıq səni görmürəm.
bu gün öləcəm deyəsən.

***

o qədər
gözəl maraqlı
qəfil yağan
payız yağışında
yada düşən
böyük sevgi
xatirələri yoxdur
burda
axmaq adamlar var
məni sevməyən qadının
məni niyə sevmədiyindən
danışırlar uzun-uzadı
cavab verə bilmirəm
nə deyim ?
sən bilirsən
heç mən də
fərli adam deyiləm axı.

***

hər şey yaxşı gedir
hər gün tez dururam,
işə gedirəm,
yeyirəm,
yatıram,
hərdən içirəm.
normal yaşayıram,
adamda insaf olar
pis demək olmaz.
bir kiçik, çox böyük
nəsə əskikdi.
evə göz gəzdirdim,
axtardım
hər şeydən biraz var,
təkcə sən yoxsan.

***

salam xanım
gəlin tanış olaq
bilirəm olmayacayıq
bir də
dünyanı gəzmək istəyirəm
gülməyin, bilirəm
istədiyim hər şey olmur
özümü öldürmək istəyirəm
amma ölmək istəmirəm
yəqin bilirsiniz
belə şeylər hamıda olur
xoşunuz gəlmədi məndən,
bilirəm
xoşunuz gələndə
bazar günü görüşək
başqa günlər vaxtım olmur

***

çox gözəl idi
xanım, sizi sevmək olarmı? -
dedim
pıçıldadı:
Bakıda sevgi yoxdur
kapitalizm var
# 4355 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər