Cek London dünyanın dağılacağını yazmışdı

Cek London dünyanın dağılacağını yazmışdı
26 sentyabr 2012
# 12:06
Cek Londonun məşhur “Al vəba” əsərinin işıq üzü görməsindən 100 il keçir. Ümumiyyətlə, “Al vəba” yazıçının ən çox oxunan əsəri olub və bu gün də oxunur. 100 il əvvəl əsər sadəcə maraqlı olduğu üçün oxunurdusa, bu gün insanlar onu həm də qorxudan oxuyurlar. Çünki əsərdə Cek London dünya sivilizasiyasının məhvi proqnozunu verib.

Əsərdə 2012-ci ildə yer üzündə baş verən epidemiyadan danışılır. Həmin il Nyu-Yorkdan başlanan al rəngli vəba xəstəliyi bütün yer üzünə yayılır. Hər şey bir neçə günün içində məhv olur. Milyon adamdan ancaq biri sağ qalır. Romandakı hadisələr isə epidemiyadan 60 il sonra baş verənlərdir. Əsərin qəhrəmanı bir qoca kişidir və o, bir vaxtlar San-Fransisko kimi cənnət məkanın yerləşdiyi yerdə, çay kənarında oturub öz nəvələrinə gördüyü dəhşətləri nəql edir.

Qoca əlindəki qəpiyin üstündə 2012-ci il tarixini oxuyub deyir ki, həmin il Maqnatlar Şurası Beşinci Morqanı Birləşmiş Ştatların prezidenti təyin etdilər: “O, Birləşmiş Ştatların sonuncu prezidenti oldu, çünki ondan sonra sivilizasiya məhv oldu. Mən o hadisələrin şahidi olan yeganə adamam”.

“Al vəba” əsərində Cek London təbiətin qara rəngə bürünməsindən, yəni ekologiyanın tamamilə korlanmasından bəhs edir. Buna baxmayaraq yazıçı qeyd edir ki, insanlıq özünün yaratdığı bu problemə hökmən əlac tapacaq.

“Bu al vəba epidemiyası sivilizasiyanı məhv etdi, amma bu da insanlığın xeyrinədir. Yeni sivilizasiya üçün yeni insanlar gələcək dünyaya. Hər şey yeniləşəcək və yer kürəsi yenidən formalaşacaq. Bütün bunlar 2012 -2013-cü illərdə baş verir”. Sitat adı çəkilən əsərdəndir.

Əsərdə qeyd edilir ki, al rəngli ölüm gələndə yer üzündə səkkiz milyard insan varmış.

Bu ilin sentyabrındakı hesablamalara görə yer üzündə 7 milyard 100 min adam yaşayır. Cek Londonun zamanında yer üzündə 1.6 milyard insan olub.

Yazıçı o vaxt heç kimin ağlına gəlməyən, indi insanların istifadə etdiyi mobil telefonlardan, peyk antenalardan danışır. Avropada, ABŞ-ın ayrı-ayrı şəhərlərində əhalinin indiki sayı da dəqiq verilib.

Ramilə QURBANLI
# 3575 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər