Dünyanın yox olacağını bilsəydin, nə edərdin?
7 sentyabr 2012
10:34
Son gecə
- Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
- Nə edərdim? Zarafat edirsən, ya...
- Yox, düzünü de.
- Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu.
Kişi özünə qəhvə süzdü. İki balaca qız qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
- Düşünməyə başlasan, yaxşıdır, - dedi kişi.
- Ciddisən?
Kişi başını yellədi.
- Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
- Yox.
- Bakterioloji silah?
- Heç biri, - kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi. – Belə deyək də, kitabımız bağlanır.
- Heç nə başa düşmürəm.
- Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram. O, qızlarına və onların lampa işığında bərq vuran sarı saçlarına baxıb pıçıldadı. İndiyə qədər sənə deməmişdim. Bu, dörd gecə əvvəl baş verib.
- Nə?
- Yuxu.
Yuxuda hər şeyin bitdiyini görmüşdüm və bir səs sonun gəldiyini təkrarlayırdı. Səsi xatırlamıram, ancaq onu eşidirdim. O deyirdi ki, Yer üzündə həyat bitəcək. Oyananda bu yuxuya fikir vermədim və işə yollandım. Ancaq bu hiss bütün günü məni izlədi. Günorta Sten Uillisin fikirli-fikirli pəncərədən baxdığını görüb soruşdum: “Nə yaman fikrə getmisən, Sten?” və o cavab verdi: “Dünən gecə bir yuxu görmüşəm”. O danışmamış nə baş verdiyini anladım. Gördüyü yuxunun məzmununu ona danışa bilərdim. Ancaq Sten danışdı, mən qulaq asdım.
- Eyni yuxu idi?
- Həə. Stenə dedim ki, mən də eyni yuxunu görmüşəm. O, təəccüblənmədi. Hətta bir az rahatlaşdı. Sonra o biri ofisləri gəzməyə başladıq. Bunu planlaşdırmamışdıq. Bir-birimizə “gedək, gəzək” deməmişdik. Sadəcə addımlayırdıq. Bütün ofislərdə gözünü masasına və ya əllərinə zilləmiş, yaxud pəncərədən baxan, gözü yol çəkən adamlar görürdük. Bəziləri ilə danışdım. Sten də bir-ikisini dindirdi.
- Hamısı o yuxunu görmüşdü?
- Hamısı. Tamamilə bənzər yuxu.
- Bu yuxuya inanırsan?
- Bəli. İndiyə qədər heç nədən belə əmin olmamışdım.
- Bəs, “o an” nə vaxt yetişəcək? Dünyanın sonunu deyirəm.
- Bizim üçün bu gecə. Sonra dünyanın digər yerlərində başlayacaq. Axı dünya fırlanır. Bunun üçün iyirmi dörd saat lazım olacaq.
Bir müddət fincanlarına əl vurmadan oturdular. Sonra qəhvələrini yavaş-yavaş qarışdırıb bir-birilərinə baxa-baxa içdilər.
- Görəsən, nə günah işləmişik?
- Bu günahkar olub-olmamaq məsələsi deyil. Sadəcə alınmadı. Baxıram, heç bu barədə mübahisə etmədin. Niyə?
- Bu dəfə səbəbim var, - dedi qadın.
- Ofisdəkilərin səbəbi kimi?
Qadın başını yellədi:
- Mən heç nə demək istəmirdim. Bu, dünən gecə baş verdi. Məhəllədəki qadınlar öz aralarında bu barədə danışırdılar.
O, axşam qəzetini götürdü və kişiyə uzatdı. Qəzetlərdə isə heç nə yazılmayıb.
- Hamının bildiyi şeyi yazmağın nə mənası var? – kişi qəzeti götürdü və stula söykənib qızlarına baxdı - Qorxursan?
- Yox. Heç uşaqlara görə də qorxmuram. Həmişə elə bilirdim ki, ölümdən qorxacağam. Ancaq qorxmuram.
- Bəs özünü qoruma instinkti?
- Bilmirəm. Məntiq olan yerdə bir o qədər də həyəcanlanmırsan. Baş verənlər məntiqlidir. Necə yaşadığımızı nəzərə alsaq, bu, məntiqli sondur.
- Biz o qədər də pis adamlar olmamışıq, elə deyil?
- Yox, ancaq həddən artıq yaxşı adamlar da deyilik. Məncə, məsələ də elə bundadır. Biz özümüz olmaqdan başqa bir fövqəladə iş görməmişik. Ancaq dünyada dəhşətli işlər törədən insanlar da var.
Qızlar gülüşdülər. Çünki əllərini sağa-sola atanda qurduqları binanı yıxmışdılar.
- İndiyə qədər mənə elə gəlirdi ki, belə an yetişsə, insanlar küçələrə tökülüb qışqıracaq.
- Məncə, yox. Həqiqəti heç kim qışqırmır.
- Bilirsən, ancaq səndən və qızlardan ötrü darıxacağam. Mən heç vaxt şəhərləri, maşınları, fabrikləri və işimi sevməmişəm. Sizin üçünüzdən başqa heç nəyi...Ailəmdən başqa heç nədən ötrü darıxmayacağam. Bəlkə, bir az hava dəyişikliyi, isti havada bir stəkan soyuq su və yatmağın verdiyi zövqdən ötrü. Belə xırda şeylər. Düz sözümdü. Görürsən, biz sakitcə oturub bu barədə danışa bilirik?
- Çünki əlimizdən başqa heç nə gəlmir.
- Əlbəttə, bu baş verəcəksə, qəbul etməliyik. Yəqin ki, bu dünya tarixində yeganə gündür ki, hər kəs gecə ərzində nə edəcəyini dəqiq bilir.
- Maraqlıdır, görəsən, digərləri qalan üç-dörd saat ərzində nə edəcək?
- Tamaşaya gedə bilərlər, radioya qulaq asa, televizora baxa bilərlər, kart oynayarlar, uşaqlarını yatızdırıb, özləri də yatarlar. Həmişəki kimi.
- Məncə, bununla fəxr etmək olar. Hər şey həmişəki kimidir.
- Biz o qədər də pis adamlar deyilik.
Onlar bir müddət sakit oturdular, sonra kişi özünə qəhvə tökdü.
- Səncə, niyə bu gecə?
- Ona görə...
- Niyə bundan əvvəlki on, yüz, beş yüz il ərzindəki hər hansı bir gecə yox, məhz bu gecə?
- Bəlkə indiyə qədər heç vaxt 1951-ci il fevralın 30-u olmayıb. Bəlkə bu tarix indiyə qədər gəlmiş-keçmiş tarixlərdən daha böyük əhəmiyyət kəsb edir və bəlkə bu il dünyadakı hər şey olduğu kimidir deyə son yetişib.
- Bu gecə okeanın hər iki tərəfində uçuşa hazır qırıcılar var və onlar bir də heç vaxt yerə enməyəcək.
- Bəlkə də bu səbəbin bir hissəsidir.
- Yaxşı, - dedi kişi, - Nə edək? Qabları yuyaq?
Onlar ehtiyatla qabları yudular və xüsusi səliqə ilə düzdülər. Doqquzun yarısı qızları yataqlarına uzadıb öpdülər və yataqlarının başındakı kiçik lampaları yandırıb qapını aralı qoydular.
- Maraqlıdır, - kişi otaqdan çıxıb arxaya baxdı və bir anlıq dayandı.
- Nə?
- Görəsən, qapını tam bağlayım, yoxsa çağırsalar eşitmək üçün bir balaca aralı qalsa yaxşıdır?
- Bəlkə uşaqlar da bilirlər, bəlkə kimsə yanlarında deyib?
- Əlbəttə yox. Bilsələr, soruşardılar.
Onlar oturub qəzet oxudular, söhbət etdilər, radioda musiqi dinlədilər və saat on birin yarısını, on biri, on ikinin yarısını göstərəndə də birlikdə buxarının qarşısında oturub közərən ocağa baxdılar. Yəqin bütün insanlar bu axşamı xüsusi şəkildə keçirirlər.
- Yaxşı, - dedi nəhayət kişi və həyat yoldaşını öpdü.
- Biz istənilən halda bir-birimiz üçün ən yaxşısı olmuşuq.
- Ağlamaq istəyirsən? – soruşdu kişi.
- Məncə, yox.
Onlar evi başdan-ayağa gəzib işıqları söndürdülər, qapıları bağladılar və yataq otağına getdilər. Paltarlarını soyundular. Gecənin üşüdən qaranlığında çılpaq qalmışdılar. Qadın yatağın üstündən örtüyü götürdü və həmişəki kimi səliqə ilə stulun üstünə qoydu.
- Döşəkağı elə sərin, təmiz və qəşəngdir ki, - dedi qadın.
- Yorğunam.
- İkimiz də.
Yatağa girib uzandılar.
- Bir dəqiqə gözlə, - dedi qadın. Kişi onun ayağa qalxıb getdiyini və açılan qapı səsini eşitdi. Bir qədər sonra qadın qayıtdı.
- Mətbəxdə suyu açıq qoymuşdum, - dedi, - kranı bağladım.
Kişi güldü. Qadın da onunla birlikdə güldü. O da elədiyinin məzəli olduğunu bilirdi. Soyuq yataqlarında əl-ələ, baş-başa verib uzandılar.
- Gecən xeyrə, - dedi kişi.
- Gecən xeyrə, - dedi qadın və sakitcə əlavə etdi, - əzizim.
Esquire, 1951
Tərcümə edən : İlahə Əkbər

1388 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024