Üçüncü MKM keçiriləcəkmi?

Üçüncü MKM keçiriləcəkmi?
21 sentyabr 2011
# 16:56
Bu il ikincisi keçirilən Milli Kitab Mükafatında qalib gəlmiş əsərlər kitab şəklində çap olunub. Kitablar İçərişəhərdə yerləşən “Əli və Nino” kitab dükanında təqdim edilib.

MKM-in qalibi olmuş Pərvizin “Yad dildə”, Məqsəd Nurun “Şəhər meri”, Nəriman Əbdülrəhmanlının “Yolsuz” romanlarını müsabiqənin təşkilatçısı, “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli təqdim etdi.

MKM-in münsiflər heyətinin üzvlərindən akademik Rafiq Əliyev, teleaparıcı Nərgiz Cəlilova, naşir Şahbaz Xuduoğlu çıxış etdilər.

Onlar qalibiləri kitablarının çıxmasını münasibəti ilə təbrik etdilər.

Nərgiz Cəlilova üçüncü MKM-in keçiriləcəyini ümid etdiyini bildirdi.

“Son iki üç ildə Azərbaycanda kitabla bağlı bir partlayış olub. Bunun əsas səbəkarlarından biri Nigar Köçərli, digəri isə Şahbaz Xuduoğludur”, - Rafiq Əliyev belə dedi.

Şahbaz Xuduoğlu da MKM-in Azərabaycanın kitab sahəsində bir zəlzələ olduğunu, lakin dağıdan yox, quran zəlzələ olduğunu dedi.

Qaliblər Pərviz, Məqsəd Nur və Nəriman Əbülrəhmanlı təşkilatçılara təşəkkürlərini bildirdilər.

Nigar Köçərli jurnalistlərin “üçüncü MKM keçirləcəkmi”- sualına cavabında hələ qərar vermədiyini dedi.


Elmin HƏSƏNLİ
# 2320 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər