Daha bir iranlı rejissora xarici ölkə qadağası

Daha bir iranlı rejissora xarici ölkə qadağası
13 sentyabr 2011
# 11:43
Məşhur rejissor Cəfər Pənahidən sonra Mojtaba Mirtəhmasibə də xarici ölkəyə getmə qadağası qoyulub.

Bu il 48-ci Beynəlxalq Antaliya Qızıl Portağal Film Festivalına dəvət edilən iranlı rejissor Mojtaba Mirtəhmasib Tehran hava limanında saxlanılıb. Arvadı və oğlu ilə birlikdə Parisə getməyə hazırlaşan rejissorun pasportu və kompüteri əlindən alınıb.

8 -14 oktyabrda keçirələcək festivalda xüsusi nümayiş olunacaq “Bu bir film deyil” (This is not a film) filmi üçün Antaliyaya dəvət edilən rejissor sentyabrın 28-i Parisə sənədli filmini təqdim etmək üçün gedirmiş. Bundan sonra isə o, Toronto Film Festivalına qatılacaqdı.

Antaliyada göstəriləcək "Bu Bir Film Deyil” filmində İran hökuməti tərəfindən fəaliyyəti qadağan olunan Cəfər Pənahi, Mirtəhmasibə çəkə bilmədiyi filmin ssenarisini oxuyur.

Günel Əsgərzadə
# 2270 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər