İran “Xosrov və Şirin”ə senzura tətbiq edir

İran “Xosrov və Şirin”ə senzura tətbiq edir
17 avqust 2011
# 11:35
İranın Mədəniyyət Nazirliyi nəşriyyatlardan Nizaminin 800 illik əsəri “Xosrov və Şirin”indən bəzi hissələrin çıxarılmasını istəyib.

Kulis.az-ın İranın Mehr agentliyinə istinadən verdiyi məlumata görə illərdir “Xosrov və Şirin” poemasını yayımlayan “Peydayeş” Nəşriyyatının rəhbəri Feriba Nebati əsərin açıq-saçıq hissələrini çıxararaq təsdiq üçün Mədəniyyət nazirliyinə göndərib. Ancaq nazirlikdən gələn cavab hamını təəccübləndirib.

Belə ki, Mədəniyyət nazirliyi 1177-ci ildə Nizami Gəncəvinin qələmə aldığı “Xosrov və Şirin” əsərindən hətta “Tək qala biləcəyimiz bir yerə gedək”, “əl-ələ tutuşmaq” ifadələrinin də çıxarılmasını istəyib.

Nizami Gəncəvinin “Xəmsə” toplusunda yer alan “Xosrov və Şirin” əsəri indiyək dünyanın bir çox dillərinə tərcümə olunub. Poema Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazılıb. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərini də əks etdirir. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırıb və “Fərhad və Şirin” əsərinin yaranmasına səbəb olub. .

Günel Əsgərzadə
# 2629 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər