Milli Kitab Mükafatını qazanan əsər çap olundu

Milli Kitab Mükafatını qazanan əsər çap olundu
17 avqust 2011
# 11:33
Azərbaycanın ən böyük ədəbiyyat mükafatını qazanan Pərvizin “Yad dildə” əsəri bu layihə çərçivəsində nəşr olunub.

Ədəbi sferada və cəmiyyətdə böyük mübahisələrə səbəb olan əsər ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəbi həllini tapmağı bacarıb və son illər Azərbaycan ədəbiyyatında romançılıq mərhələsinin mahiyyət etibarilə yeni səhifəsini açıb.

Milli Kitab Mükafatının qalibləri 17 nəfərdən ibarət olan münsiflər şurası tərəfindən müəyyən edilib.

Münsiflər şurası yazıçı Çingiz Abdullayev, yazıçı Afaq Məsud, kinorejissor Rüstəm İbrahimbəyov, Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə ibarətdir.

Əsərlər 10 ballıq sistemlə qiymətləndirilib. İyunun 4-də adları açıqlanan qaliblər - 1-ci yer üç min, 2-ci yer iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunub.

2009-cu ildə təsis olunan Milli Kitab Mükafatı çərçivəsində daha iki qalibi Məqsəd Nur “Şəhər Meri” və Nəriman Əbdulrəhmanlı “Yolsuz” kitabları yaxın vaxtlarda nəşr olunacaq. Roman “Əli və Nino” Nəşriyyat Evində çap olunub.
# 2074 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər