Yazmağı tənqidçilərdən öyrənmək=seksi internetdən öyrənmək - MƏTN

Yazmağı tənqidçilərdən öyrənmək=seksi internetdən öyrənmək - MƏTN
11 aprel 2011
# 10:43
Məşhurların “Twitter” sosial şəbəkəsindəki qeydlərini sizlə bölüşməyə davam edirik. Sırada bestseller əsərlər müəllifi, braziliyalı yazıçı Paulo Koelyodur.


Dosye: 1947-ci ildə Rio de Janeyroda doğulub. Yazıçılığa başlamazdan əvvəl jurnalist kimi fəaliyyət göstərib. Gəncliyində hippi olan Koelyo 1986-ci ildə ilk kitabı “Ziyarət”-i yazır. 1988-ci ildə isə bestsellerə çevrilən “Kimyaçı” əsərini satışa çıxarır. Koelyo Qabriel Qarsia Markezdən sonra ikinci ən çox oxunan latın-amerikalı yazardır. Hal hazırda Rio de Janeiroda yaşayır və bir neçə həftəlik qəzetdə köşə yazıları dərc olunur.


- Çox rəqibimlə mübarizə aparmışam. Ən pisi, onların özlərini mənim dostlarım adlandıran şəxslər olmasıdır.

- Sizdən başqa heç kim sizin xoşbəxtliyinizə məsuliyyət daşımır.

- Həyatın “Twitter” qədər sadə olmasını istərdim. İzlə, izləmə, rədd et (block).

- Həyat seks kimidir: ləzzət almaq istəyirsənsə, tələsmə.

- Görünən və görünməyən arasındakı körpünü uçurtmağın ən yaxşı yolu hisslərini izah etməkdir.

- Çox vaxt “HƏ” və “YOX” fikrini çatdırmaq üçün ən mükəmməl sözlər olur.

- Həyat yemək bişirmək kimidir: nəyi sevməyi seçməmişdən əvvəl hər şeyi yoxlayırsan.

- Keçib gedən hər şey qayıdacaq. Biz valideynlərimizin qarşısında özünü günahkar sayan və acıqlı uşaqlar kimi qala bilmərik.

- Necə yazmağı tənqidçiləri oxuyaraq öyrənmək seksi internetdən öyrənmək kimi bir şeydi.

- Bu gün anladım ki, gülürsənsə, camaat sənə dəli kimi baxır.

- Sevgi sahili olmayan okeandır. Bu okeanda necə üzməyi bilməsən də, qorxma.

- Həyat “Mozilla Firefox” brauzeri kimidir: hər dəfə yeniləyəndə düymələrin yerləri dəyişir.

Günel Əsgərzadə
# 3091 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər