Çılpaq bədii qiraət…

Çılpaq bədii qiraət…
8 aprel 2011
# 15:38
2009-cu ildə Amerikada belə bir aksiya başlanıb. Həmin il Çikaqodan başlayaraq bütün Amerika boyu keçirilmiş belə tədbirlərdə anşlaq olub. İndi təşkilatçılar Amerika sərhədlərini aşıb Britaniyaya gəliblər. Bu barədə Azadlıq radiosunun “Oxu zalı” məlumat verir.

“Naked Girls Reading” – bu dəfə - aprelin 23-də Londonda olacaq. "Əynində ancaq əyni olan" gözəl qızlar (təşkilatçılar afişada dönə-dönə qeyd edirlər ki, qızlar doğrudan da çılpaq olacaq, yəni bəzi şoular kimi bu, aldadıb tamaşaçı yığmaq deyil..) bu dəfə kral ailələrinin həyatı haqda kitablardan parçalar oxuyacaqlar.

Çünki bu mövzu indi Britaniyada çox aktualdır. Britaniya Krallığında indi hamı səbirsizliklə şahzadə William ilə sevgilisi Kate Middleton-un toy mərasimini gözləyir.

Amma çılpaq qızların “repertuarına” çox ciddi ədəbiyyat da daxildir. Məsələn Amerikadakı tədbirlərində onlar Ceyms Coys, Oskar Uayld və başqa məşhur yazarların da əsərlərindən parçalar ifa edirlər.

Afişada qeyd edilir ki, “Siz lüt bədən görməkdən ötrü gələ bilərsiz, amma bilin ki gələndən sonra bir sözü də qaçırmacaqsınız...”

Afişada tədbirin yeri elan edilmir, yalnız on-line bilet alanlara bu haqda tədbirdən bir gün qabaq e-mail-lə məlumat verilir. Biletin qiyməti 12 funt-sterlinqdir (Təxminən 15 manat) Tədbirə yalnız yaşı 18-i keçənlər buraxılır.

Kulis.az internet dərgisi bu məsələni müzakirəyə çıxardaraq sorğu keçirtdi.


Şairə Günel Mövlud aksiyada iştirak edə biləcəyini bildirdi: “Kitab üçün olan bu lahiyəyə dəstək verərəm. Amma tam yox, bikiniyə qədər soyunaram.”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibəsi Nigar Köçərli isə Kulis.az-a bunları dedi:

“Mən o informasiyanı “Facebook”da paylaşdım, çox qəribə reaksiyalarla rastlaşdım. İnsanlar normal qəbul etmədilər. Mən özüm istənilən aksiyaya, o cümlədən buna normal baxıram. Bizdə kitab oxunması ilə bağlı dinc aksiyaya belə keçirilsə polis dağıdar. Görün o formada aksiyalar necə qarşılanar. Ukraynada bir qrup qadın ictimai-siyasi bütün məsələlərlə bağlı etirazlarını soyunmaqla keçirirlər. Azərbaycanda bu qəbilli aksiyalar mümkünsüzdür “.

Müğənni Nazpəri Dostəliyeva aksiyanın əleyhinə çıxdı: “Kitab oxumaq üçün soyunmağa ehtiyac yoxdur. Kitab oxumaq istəyən oxuyacaq, oxumaq istəməni heç bir soyunmaqla kitab oxumağa sövq etmək olmaz. Mütaliə daxili keyfiyyətləri zənginləşdirir, nəyinsə naminə soyunmaq isə əksinə, cılızlıqdan xəbər verir .”

Naşir Şahbaz Xuduoğlu aksiyaya tam dəstək verdi: “Bu aksiyada məqsəd kitaba diqqəti artırmaqdır, soyunmaq yox. Aksiyanın bu cür keçirilməsi əslində cəmiyyətin silkələnməsinə, ona elektroşok verilməsinə xidmət edir. Bu aksiyanı heç kimə xəbər vermədən, flash-mob formatında şəhərin mərkəzi küçələrinin birində də keçirtmək olardı. Könüllülər olsa mən həvəslə bu aksiyanı təşkilatçılığını edə bilərəm”.




Kulis.az
# 2599 dəfə oxunub

Oxşar xəbərlər

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər