Yarışmanın layk qalibi Sonuncu Orxan oldu

Yarışmanın layk qalibi Sonuncu Orxan oldu
15 oktyabr 2019
# 18:01

“Bir şeir” yarışmasında elektron səsvermə başa çatıb.

Kulis.azın Facebook səhifəsində aparılan elektron səsvermədə ən çox layk toplayan (739) Sonuncu Orxan adlı iştirakçı olub.

O, yarışmada Kulisin xüsusi mükafatını qazanıb.

Xatırladaq ki, “Bir şeir” yarışmasının mükafatlandırma mərasimi 18 oktyabr – Müstəqillik Günü ərəfəsində keçiriləcək.

Qeyd: Oktyabrın 15-i saat 18:00-dan sonra gələn layklar hesaba alınmayacaq.

Qalib şeiri diqqətinizə çatdırırıq:

Dieqo Armando Maradonaya

Gözəl bir qadın olsaydı
dəli kimi sevib evlənsəydim.
körpəm olsaydı qucağında
baxıb-baxıb xoşbəxt olsaydım.
sonra bir əndamlı iblis məni yoldan çıxarıb,
ailəmdən soyudub aramıza daş qoysaydı
soyuyub qadınımdan da, körpəmdən də
hamını, hər şeyi buraxıb
boş bir otaqda dinməzcə
içib-içib içimi yesəydim...
həmdəm olmağa bir əl,
bir qucaq, bir sığal olmasaydı...

yox, özümü bu sonsuz boşluqdan atmazdım
özümü dəli olmağa da qoymazdım.

evimə qayıdıb arvadımın
ayaqlarını qucaqlayardım
və “bağışla məni” deyərdim.
bilirəm, o da sakitcə gətirib
qabağıma çay qoyub
gülümsəyərdi...
məni bağışladığından deyil.
həyatında daha bir alçaq sifəti
tanıdığına görə
gülümsəyərdi.
yadınızda qalsın
gözəl qadınların həyatında
alçaq adamlar daha çox olur...

# 6172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #