Əsəd Cahangirə HƏCV YAZILDI

Əsəd Cahangirə HƏCV YAZILDI
8 may 2014
# 09:55


Tənqidçi Əsəd Cahangirin “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə yazdığı mədhiyyə ədəbi cameədə rezonans yaradıb.


İlk reaksiya yazıçı Azad Qaradərəlidən gəldi...


Onun Əsəd bəyi sərt tənqid edən həcvini təqdim edirik.


Oxudum qəzəlin, tənqidçiyi-namidar.
Təlx oldu təbim, qaldım dərd əlində giriftar.

Sizi bir kamili-sərvər bilirdim, yanılmışam,
Qorxaqların qorxağı, böylə olurmu xiridar?

Qulunu qoymazlar etsin cahanşümül iş,
Dilin necə var gəldi əsgəri eylədin sərdar?

AYB-ın üzün gor görsün, sizi bülbül eləyib,
“Ulduz”da bir ulduzluq görmədim mən aşikar.

Bir adamın, adı Qulu ola, nə çıxar ondan?
Yaxşı şair olardı, qoymadı sədrəzəm Anar.

70 yaşlı şairi soxdular cavan yerinə,
Qeyri ölkə olarmı böylə dərdə giriftar.

Azadın bəxtində qəzəl də varmış, yazdı necə gəldi,
Onu fəxriyyədən endirmə, ey sahibi-əfkar!

# 1994 dəfə oxunub

Müəllifin son yazıları

# # #