Məşhur aktyor rejissorla dalaşıb serialı tərk etdi

Məşhur aktyor rejissorla dalaşıb serialı tərk etdi
25 fevral 2025
# 09:22

Məşhur aktyor Rüzgür Aksoy əsəbiləşərək serialdan ayrılıb.

Kulis.az xəbər verir ki, “Min bir gecə”nin rejissoruna əsəbiləşən Rüzgar Aksoy serialı hələ çəkilişlərə başlamadan tərk etmək qərarına gəlib. Sultan Şəhriyar və Şəhrazatın hekayəsindən bəhs edən serialda Rüzgar Aksoyun Yunus obrazını canlandıracağı gözlənilirdi. Aktyorun məşqlər zamanı rejissor Metin Günay ilə gərginlik yaşadığı və əsəbiləşərək serialdan ayrıldığı deyilir.

Baş rollarda İbrahim Çelikkol və Cansu Derenin oynadığı yeni rəqəmsal platformada yayımlanacaq serial "Min bir gecə"nin çəkilişləri bu gün başlayacaq.

Qeyd edək ki, Aksoyun gedişindən sonra Yunus obrazını “Kuruluş Osman” serialından ayrılan Özgür Çevik canlandıracaq.

# 222 dəfə oxunub

Müəllifin son yazıları

# # #