Yaponiyanın Osaka şəhərində aprelin 13-də "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi açılacaq.
Kulis.az xəbər verir ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur.
Pavilyonun konsepsiyası Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanıb.
- 43 yaşlı müğənni evində ölü tapıldı - Səbəb
- "Hər kəsin boşanmaq haqqı var!" - Cütlükləri barışdırmağa ehtiyac varmı?
- "Madonna və uşaq" əsəri hüquqi davaya səbəb olub
155 hektardan çox ərazini əhatə edən "Ekspo 2025"də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunacaq.
Qeyd edək ki, Azərbaycan "Osaka, Kansai Ekspo 2025"də iştirakçı müqaviləsini imzalayan ilk ölkə olub.