Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır

Məşhur rejissor yeni film çəkilişlərinə  hazırlaşır
22 fevral 2025
# 10:37

Rejissor Martin Skorseze yeni film çəkilişlərinə hazırlaşır.

Kulis.az xəbər verir ki, rejissor yeni filmində Leonardo Di Kaprio ilə birlikdə çalışacaq. 1960-1970-ci illərdə Havay adalarına nəzarəti ələ keçirmək üçün mübarizə aparan mafiya başçısının həyatından bəhs edəcək filmdə baş rollarda Dueyn Conson, Leonardo Di Kaprio və Emili Blant çəkiləcək.

Qeyd edək ki, Erik Larsonun "Ağ şəhərdəki şeytan" kitabı Skorseze tərəfindən ekranlaşdırılacaq və ssenari müəllifi Nik Bilton olacaq.

# 406 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #