"Mariya" diqqət çəkə bilmədi

"Mariya" diqqət çəkə bilmədi
25 fevral 2025
# 16:49

Ancelina Coli və Haluk Bilginerin filmi gözlənildiyi kimi diqqət çəkməyib.

Kulis.az xəbər verir ki, baş rollarda Ancelina Coli və Haluk Bilginerin oynadığı “Mariya” filmi nümayiş olunduğu 41 ölkədə, o cümlədən Türkiyədə diqqət çəkə bilməyib. Filmin həm aktyorlarına, həm də mövzusuna görə çox uğurlu olacağı gözlənilirdi. "Mariya" əfsanəvi opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Filmdə Ancelina Coli yunan əsilli amerikalı Mariya Kallas, Haluk Bilginer isə qeyri-qanuni münasibətdə olduğu milyarder Yunan gəmi sahibi Aristotel Onassis rolunu oynayıb. “Mariya” filmininin baxış sayı həm ABŞ, həm də Türkiyədə məyusluq doğurub. Rejissoru Pablo Larraindir.

Qeyd edək ki, film “Oskar” mükafatına namizəd olmayıb.

# 149 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #