80-ci illərdə iz qoymuş “He-Man” cizgi filmi böyük ekranlara gətirilir.
Kulis.az xəbər verir ki, çoxdan gözlənilən “He-Man” (“Kainatın Ustaları”) döyüş filminin çəkilişlərinə başlanılıb. Filmdə super qəhrəmanı britaniyalı aktyor Nikolas Qalitzin canlandıracaq. Ssenaristi Kris Batler, rejissoru isə Travis Naytdır.
Qeyd edək ki, film 5 iyun 2026-cı ildə ekranlara çıxacaq.