Paulo Koelyo Azərbaycana gəlmək üçün 100 min istədi

Paulo Koelyo Azərbaycana gəlmək üçün 100 min istədi
23 sentyabr 2013
# 17:25

“Biz Paulo Koelyonu Azərbaycana gətirmək istəyirdik. Prezident Administrasiyası da bizi dəstəklədi. Adətən, yazıçını dəvət edəndə, onun biletinin də, yeməyinin də xərcini çəkirik. Amma Koelyo o qədər böyük məbləğdə qonorar istədi ki, bizim ona gücümüz çatmadı. Qonorarın dəqiq məbləğini açıqlamaq istəmirəm, amma 100 min manatdan çox idi”.

Bu sözləri APA-ya açıqlamasında Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Onun sözlərinə görə, yazıçının səfər üçün qonorar tələb etməsi düzgün deyil: “Azərbaycana ədəbiyyat və digər ixtisaslar üzrə Nobel mükafatı laureatları gəlir. Nəyə görə biz onlara pul verməliyik? Gəlib Azərbaycanı görürlər, tanış olurlar. Açığı, Paulo Koelyo pul tələb edəndə, biz də onun gəlməsini istəmədik. Bu hörmətsizlikdir. Bəlkə ona daha çox pul xərcləyə bilərdik? Mən harasa səfər edəndə, pul istəmirəmsə, Koelyo niyə istəyir? Hər halda, bu məsələ tam bağlanmayıb. Biz gələcək tədbirlərimizdə onu yenə dəvət edəcəyik. Çingiz Aytmatov, Oljas Süleymenov bizim ölkəmizə gəliblər, özü də bu yazıçılar Koelyodan zəif yazıçılar deyil”.

# 2277 dəfə oxunub

Müəllifin son yazıları

# # #