Yeseninin oğlu öldü

Yeseninin oğlu öldü
16 mart 2016
# 18:06

Rus şair Sergey Yeseninin oğlu Aleksandr Yesenin-Volpin 92 yaşında ABŞ-da vəfat edib. APA-nın xəbərinə görə, bu barədə “Interfax”a onun dostları məlumat verib.

Riyaziyyatçı, filosof-şair A. Yesenin-Volpin 1924-cü il mayın 2-də Leninqradda anadan olub. Onun anası şair-tərcüməçi Nadejda Volpinlə Sergey Yesenin arasında qısa sürən sevgi münasibəti olub. SSRİ-də hüquq-müdafiə hərəkatının üzvü olan A. Yesenin-Volpin antisovet fəaliyyəti ilə əlaqədar 6 il həbsxana, sürgün həyatı yaşayıb, psixiatriya klinikasına salınıb.

Sovet hakimiyyətinin israrı ilə 1972-ci ildə ABŞ-a köçüb.

# 1256 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #