Qələbəmiz erməni xalqının da xilasıdır

Qələbəmiz erməni xalqının da xilasıdır
4 oktyabr 2020
# 16:35

Almanlar Hitlerin nasizm ideyasıyla monolit və sərməst olmuşdular. “Bütün dünyaya almanlar ağalıq etməlidir” siyasi-hərbi avantürasını arianizm ideologiyası ilə əsaslandırmağa çalışırdılar; Madam Blavatskinin Hindistana ekspedisiyaları, qədim alman mifologiyası axtarışları və s.

Nəticə isə ondan ibarət oldu ki, ikinci dünya müharibəsinin sonunda alman xalqı bütün dünyada biabır oldu, arianizm bir qırağa dursun, bütövlükdə alman kulturasının (alman musiqisi, filosofiyası və s.) humanizmi ciddi şübhə altına düşdü, Almaniya parçalandı, Sovet ordusu Almaniyanın şəhərlərini bombaladı, alman qadınları kütləvi zorlandı...

Nitsşe demişkən, bəzən bütün xalq, bəzən bütün dövr dəli olur. Dini miflər gərçəkdə baş vermiş hadisələr kimi oxunduqda, fantastik xülyalara qapıldıqda, öz şəxsi illüziyalarını siyasətə və elmə gətirdikdə belə faciəvi nəticələr alınır. İndiki Almaniyada arian-nasist ideya ekstremizm sayılır, o, subkulturadır, anaxronizmdir, gülüncdür.

Müasir Almaniyada istər elmdə, tarixşünaslıqda, istərsə də siyasətdə arian-nasizmdən danışanın ağzından vuran elə almanların özləri olur!

Bir sözlə, Hitler dövründəki monolitlik və sərməstlik öz yerini mübahisəyə, soyuqqanlılığa, praqmatizmə, “ağlıbaşındalığ”a vermişdir. Almanların sərməstlik yuxusu elə dərin idi ki, onları ancaq Sovet ordusunun bombaları ayılda bilərdi.

Təəssüf ki, başqa yol qalmamışdı.

Azərbaycanın Qarabağ müharibəsində şanlı qələbəsi və Ermənistanın rəzil-rüsvay məğlubiyyəti də təxminən eyni nəticələrə gətirib çıxaracaq.

Bununla da erməni cəmiyyətinin içində “Böyük Ermənistan” ideyasının faciəvi hərbi-siyasi avantüra olması üzə çıxacaq, erməni tarixşünaslığı və siyasəti parçalanacaq, genosid iddiaları səngiyəcək, “qədim erməni xalqı”, "Qarabağ Ermənistandır" kimi sərsəmləmələrin fantaziya olmasını səsləndirməyə başlayacaqlar.

Bir sözlə, erməni cəmiyyəti və xalqı ayılacaq və dəyişəcək, etiraflar başlayacaq və s. Böyük Ermənistan ideyası erməni xalqının intihar məktubudur. Azərbaycan əslində bu saat erməni xalqını sərməstlik yuxusundan ayıltmaqla əlləşir.

# 3042 dəfə oxunub

Müəllifin son yazıları

# # #