“National Geographic” jurnalı Azərbaycan dilində təqdim edildi

“National Geographic” jurnalı Azərbaycan dilində təqdim edildi
1 sentyabr 2014
# 16:39

Garant Media Holding National Geographic jurnalının Azərbaycanda yerli dildə dərc edilməsi üçün Milli Coğrafiya Cəmiyyəti ilə partnyorluq əlaqəsi yaradıb. National Geographic Azərbaycan jurnalının dərc edilməsinə 2014-cü ilin sentyabr buraxılışı ilə start veriləcək və bu buraxılışın ən mühüm materialı “Azərbaycanın rəngləri” haqqındadır. Jurnal aylıq dərc olunaraq qəzet kiosklarında və abunə yolu ilə satılacaq.

Yeni National Geographic Azərbaycan jurnalı bu gün Bakıda “Four Seasons” otelində təqdim olunub və bu əlamətdar hadisə Heydər Əliyev Mərkəzində keçirilən tədbirlə qeyd edilib. Tədbirdə National Geographic jurnalının fotoqrafı Rza Diqqəti, National Geographic jurnalının və xəbərlərinin baş redaktoru Syuzan Qoldberq National Geografic cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson iştirak ediblər. Tədbirə Azərbaycan-Amerika Alyansının direktoru Anar Məmmədov, Garant Media Holding-in baş icraçı rəhbəri Elnur Baimov və

National Geographic Azərbaycan jurnalının baş redaktoru Seymur Teymurov ev sahibliyi edib.

Yeni buraxılışda ingilisdilli buraxılışdakı və Azərbaycanlı oxucuların maraq dairəsinə uyğun materiallar əhatə olunacaq. Jurnalın qiyməti 4 AZN (5 ABŞ dolları) təşkil edəcək.

“National Geographic jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda dərc edilməyə başlanıb və artıq jurnalımızın yerli dillərdə dərc olunan 40-cı versiyası – National Geographic Azərbaycan sayəsində regionda daha çox təmsil olunacağımız üçün çox həyəcanlıyıq”, – deyə Adamson bildirib. – “National Geographic jurnalı planetimiz üçün həyati əhəmiyyət kəsb edən kritik məsələlərə zamanında toxunduğu üçün mükafatlar əldə etməyə davam edir və biz bu mühüm məsələlərlə əlaqədar materialları yerli dildə Azərbaycana bəxş etmək məqsədilə Garant Media Holding ilə əməkdaşlıq etdiyimiz üçün çox həyəcanlanırıq”.

“Qlobal əhəmiyyətə malik olan və hər birimizi planetimizin qayğısına qalmağa təşviq edən dünya şöhrətli jurnalı təqdim etdiyimiz üçün çox qürurluyuq”, – deyə Məmmədov qeyd edib. – “Ümid edirəm ki, National Geographic Azərbaycan ölkəmizdə böyük müvəffəqiyyət əldə edəcək və oxucularımızın sevimli jurnalına çevriləcək”.

1888-ci ildən dərc olunan ingilisdilli National Geographic jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə 40 yerli dildə də dərc olunur. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.

Milli Coğrafiya Cəmiyyəti haqqında

İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir. Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları, məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11000-dən artıq tədqiqat, mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil proqramları vasitəsilə coğrafi biliklər genişləndirir. Ətraflı məlumat əldə etmək üçün www.nationalgeographic.com səhifəsinə nəzər sala bilərsiniz.

# 2543 dəfə oxunub

Oxşar xəbərlər

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

16:00 23 aprel 2026
Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

Cəhənnəmdə məni gözləyən cəzanın... - Salam Sarvanın yeni şeirləri

12:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər