Aydın Qaradağlının 85 illik yubileyi qeyd olundu

Aydın Qaradağlının 85 illik yubileyi qeyd olundu
1 sentyabr 2014
# 11:45

Siyəzən şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub.

Tədbirdə yerli icra orqanlarının nümayəndələri, Azərbaycanın tanınmış incəsənət xadimləri, eləcə də yubilyarın ailə üzvləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Aydın Qaradağlının ifasında Cəfər Cabbarlının “Ana” şerinin səs yazısını dinləyiblər. Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov xalqımız tərəfindən sevilən unudulmaz diktorun adının rayonda əbədiləşdirildiyini qeyd edib. Belə ki, 85 illik yubileyi ərəfəsində Siyəzən şəhərindəki küçələrdən birinə Aydın Qaradağlının adı verilib.

Tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, filologiya elmləri doktoru, professor, şair və nasir Vüqar Əhməd, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi, böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini bölüşüblər.

Əfsanəvi diktorun həyat və yaradıcılığı haqqında məlumat verilərək bildirilib ki, Aydın Qaradağlı 20 avqust 1929-cu ildə anadan olub. 17 yaşından diktor kimi fəaliyyətə başlayan Aydın Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib. O, 1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada ümumittifaq diktorluq kurslarını uğurla başa vurub.

Aydın Qaradağlı uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu olduqca böyükdür. Görkəmli sənətkar, istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırıb. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı məktəbindən bəhrələnir, onun səs yazılarından öyrəndiklərini işlərində tətbiq edirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazıları qorunub saxlanılır. Aydın Qaradağlı 1980-ci ilin 28 yanvar tarixində, 50 yaşında dünyasını dəyişib.

Yubilyarın qızı Aygül Qaradağlı ölməz sənətkar Aydın Qaradağlının 85 illiyinin keçirilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə edib. Yubiley tədbirində tanınmış incəsənət ustalarının ifasında konsert proqramı da təqdim olunub.

# 2736 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər