news-inner
clock12:51 calendar-gray 26 Avqust 2014 view-gray6253 dəfə oxunub
view-gray6253 dəfə oxunub

Dünyanın ən bahalı küçəsindən REPORTAJ

Elə Sürix vağzalındaca anladım ki, İsveçrədəyəm. Hə, qatardan düşüb vağzal saatına baxanda saat 23.41-i göstərirdi. Elə Milan-Sürix qatarının biletində də çatma vaxtı 23.41 yazılmışdı...

...Biz sizə saatdan yenə danışacağıq. Elə bu vağzal saatından da. Amma məqsədimiz bu deyil təbii. İsveçrədən, saatlar, şokolad və saysız-hesabsız çeşidli pendirlər ölkəsindən danışmaq istəyirik. Yox, gəlin bir qədər konkretləşdirək. Saatlar, şokoladlar, pendirlər ölkəsinin Sürix şəhərindən, bir qədər də konkretləşdirsək, onun bircə küçəsindən - Banxofştrassedən.

Bəs niyə məhz bu küçədən. Diqqətli oxucu yəqin bildi, bilməyənlərə isə deyək; Avropanın və dünyanın ən bahalı küçəsidir Banxofştrasse.

Və həm də Sürixin mərkəzi küçəsidir. Əsası 1864-cü ildə qoyulub. Bu il 150 illiyini keçirirlər. Bu küçəyə bəzən “qızıl küçə” də deyirlər. Təbii ki bahalığına görə...

Banxofştrasse Sürix vağzalından başlayır, təxminən 2 kilometrə qədər uzanır və eyni adlı Sürix gölündəcə qurtarır.

Əgər sizin Sürixdə gəzməyə vaxtınız yoxdursa, elə bu küçədə dolaşmaqla nəinki bu şəhər, ümumiyyətlə İsveçrə haqda təsəvvürünüz tam yaranacaq. Küçədəki evlərin əksəriyyəti 19-cu əsrin sonuncu rübü və 20-ci əsrə aiddir. Yaşadığımız əsrdə bu küçədə daşı daş üstünə qoymayıblar.

Küçədə İsveçrənin bütün brend saatlarının butiklərinə rast gəlmək mümkündür. Məsələn, bəndənizin içərisinə girib qurdunu öldürdüyü bu mağazada saatların qiyməti 250 İsveçrə frankından başlayır. Saat taxmasam və anlayışım olmasa da, etiraf edim ki, vitrinə və xüsusi qoruma-şüşələrin altına düzülmüş bu saatların hər biri, bir sənət əsəridir.

Onu da qeyd edək ki, hələ 17-ci əsrdə yaradılmış İsveçrə Saatçılar Gildiyasında ölkənin yüzlərlə adlı-sanlı sənətkarı birləşmişdi. Məhz onların varislərinin əl işləri indi İsveçrəni dünyanın ən böyük saat ixracçısına çevirib.

Banxofştrassedəki saat mağazalarında ucuz Swatch və Casionun müxtəlif modellərindən tutmuş Audemars Piguet-ə kimi ən bahalı markalara rast gəlmək olur. Bundan başqa Breguet, Tourbillon, Choparddan 1000 avrodan başlayaraq əllə yığılmış müxtəlif çeşiddə mexaniki saatlar almaq mümkündür.

Küçədəki zərgərlik mağazaları isə bir tamaşadır. Yerli zərgərlərin hazırladığı müxtəlif məmulatların qiymətlərinə Bakının ən böyük və bahalı zərgərlik salonları həsəd apara bilər. Amma bu küçəyə xüsusi özəllik verən orada yerləşən banklardır. Məşhur İsveçrə bankları... Bu banklar ayrı bir yazının mövzusudur əslində.

Bu küçədə saysız-hesabsız restoranlar var. Amma əksəriyyətin üz tutduğu COOP, MIGROS, MANOR kimi supermarketlərin içində olan restoranlar və kiçik kafelərdir. Qiymətlər bir qədər ucuzdur. Burda qarnirlə birgə ət, ya balıq sifariş vermək mümkündür. Sifarişinizdən sonra bir bakal pivə və əlavə desertlə birgə qiyməti 15 franka yaxın pul tutacaq.

Banxofştrassedə qeyd etdiyimiz kimi yüzlərlə mağaza var. Onlardan biri də Merkurdur. Burada müxtəlif çeşiddə kofe almaq olar. İsveçrəlilərin özləri də etiraf edirlər ki, məhz kofe almaq üçün Merkura üz tuturlar. Merkurda satılan kofe xüsusi qablarda və ya çəkiylə satılır. Necə deyərlər, gözünün qabağında qovurub üyüdürlər.

Əgər şokolad almaq və əsl İsveçrə dadını almaq istəyirsinizsə, Banxofştrassedəki SOOR mağazalarına girin. Və inandırıram, bu mağazalardan alacağınız şokolad qutuları yaxınlarınız üçün ən gözəl hədiyyə olacaq. Fərqi yoxdur, həmin hədiyyələr Lindtdən olacaq, ya "Şprönqli", "Toyşer", "Frayd”an… Amma Teusçerdən olsa, bax, bu başqa məsələ.

Hə, alveri bitirək, necə deyərlər. Banxofştrasse təkcə alver, ticarət küçəsi deyil. Bu küçədəki çoxulduzlu otelləri də əlavə eləsək, gözəl bir kompozisiya alınar. Amma hələ yox. Banxofştrasse həm də Sürixin tramvay xətlərinin qovuşduğu bir məkandır. Məşhur bir məsəldə deyildiyi kimi, Sürixdə bütün tramvay xətləri Banxofştrasseyə aparır.

Lap yadımdan çıxmışdı. Sürixdə olsanız, bu yerə mütləq baş çəkin. Heç bilirdinizmi, dünyada ilk çörək muzeyi Sürix şəhərində yerləşir? Bu muzeyi Mişel Veren 1940-cı ildə yaradıb. Banxofştrassedəki şəxsi mənzilində. O, qədim Yunanıstanda, Babildə, Misirdə, Romada və dünyanın digər ölkələrində bişirilən çörək nümunələri mənzilinə yığıb. Muzeydə hətta eramızdan 6 min əvvəl, çörək mayası olmadan bişirilmiş çörək nümunəsi də sərgilənir.

Bir sözlə, Banxofştrasse bahalı olsa da, çörəkli şəhərdir…

Hə, elə geri qayıdanda da, Sürix-Milan qatarı saniyəbəsaniyə dəqiq tərpəndi: 12.36-da...

Səbuhi Məmmədli

Sürix

news-inner-user

14784 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ərini gözləyən qadın - Ruslan Mollayevdən hekayə
15:30 05 Aprel 2020
Vaqif Səmədoğludan Günün şeiri
11:30 05 Aprel 2020
157 filmə çəkilən, ayaqlarının ikisi də kəsilən, oğlunun toy günü ölən Xalq artisti
10:00 05 Aprel 2020
Meyxanaçılar xalqa meyxana ilə müraciət etdi - Video
21:13 04 Aprel 2020
Şkafın komendantı, ağıçı müxbir, başdaşına “dahi” yazılan redaktor – Kulisdən reportaj...
17:43 04 Aprel 2020
Teatrımızın çağırışına dünya teatrları qoşuldu
16:48 04 Aprel 2020
Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı
16:32 04 Aprel 2020
Alim Qasımovdan 94 yaşlı kişiyə jest - Video
15:27 04 Aprel 2020
Məşhur müğənni vəfat etdi
15:00 04 Aprel 2020
Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Nazirliyin sənədi olmadan küçəyə çıxa bilmirik” – Müsahibə
13:47 04 Aprel 2020
Bugünkü yazarların xəyanəti - Tənqidçi yazır...
12:22 04 Aprel 2020
Özümdə qəribə hallar müşahidə edirəm – Seymur Baycan yazır...
11:30 04 Aprel 2020
Kventin Tarantino povest yazacaq
10:50 04 Aprel 2020
“Kulis”in 9 yaşı tamam olur
09:59 04 Aprel 2020
Sevdiyi qadının alçaltmasından zövq alan kişinin dramı
09:01 04 Aprel 2020
Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər
18:44 03 Aprel 2020
Azərbaycanlı yazıçıya ağır itki üz verdi
18:03 03 Aprel 2020
"Ədəbiyyat müəlliməsinə toxunanda keçirdiyi hisslər..." - "Azğın" haqqında
17:59 03 Aprel 2020
Rasim Balayev: “Övladlarımı evə buraxmıram”
17:16 03 Aprel 2020
“Kağız ev” serialının 4-cü mövsümünün nümayişi başladı
16:27 03 Aprel 2020