Qırmızı Papağı kim fahişəyə çevirdi?

Qırmızı Papağı kim fahişəyə çevirdi?
2 oktyabr 2019
# 21:00

Tanınmış yazıçılar “Qırmızı Papağın nağılı”nı yazsaydılar necə alınardı?

Haruki Murakami

Mən oyananda, Qırmızı Papaq hələ yatırdı. Mən dalbadal yeddi siqaret çəkdim və mətbəxə keçib əriştə bişirməyə başladım. Mən həmişə əriştəni çox diqqətlə bişirirəm və kiminsə məni bu prosesdən ayırmağını sevmirəm. Radioda Pink Floyd oxuyurdu. Əriştənin sousunu hazırlayanda qapının zəngi eşidildi. Mən qapıya yaxınlaşanda otağa da göz atdım. Qırmızı Papaq hələ də yatırdı. Onun qulaqlarına tamaşa etdim. Bir qulağını səhər günəşi işıqlandırırdı. Mən ömrümdə belə qulaqlar görməmişdim... Qapını açanda Canavarı gördüm. Dərhal yadıma qoyun düşdü.

Viktor Hüqo

Qırmızı Papaq titrədi. O tək idi. O, səhrada iynə kimi tək idi, ulduzların arasında qum zərrəsi kimi, zəhərli ilanların arasında qladiator kimi tək idi...

Cek London

O, öz irqinin ləyaqətli qızı idi. Onun damarlarında Şimalın ağ fatehlərinin güclü qanı axırdı. O gözlərini qırpmadan canavarın üstünə atıldı. Dağıdıcı zərbədən qorxuya düşən canavar qaçdı. Qırmızı Papaq öz füsunkar qadın təbəssümüylə onun arxasınca baxırdı.

Qabriel Qarsia Markes

Uzun illər keçəcək və Canavar ayaq üstə divara söykənib güllələnməyini gözləyəndə, o uzaq axşamı – nənənin tortla dərman yediyi günü xatırlayacaq, hansı ki o dərmanlarla nə qədər siçovul qırmaq olardı. Amma o heç bir şey olmamış kimi royalı parçalayırd. Gecə yarısınadək ifa etdi. İki həftə sonra Canavar və Qırmızı Papaq dözülməz qarının çadırını partlatmağa çalışdılar. Onlar yana-yana detenatora yaxınlaşan ipin qığılcımlarına baxırdılar. İkisi də qulaqlarını tutdular. Amma nahaq, çünki heç bir gurultu eşidilmədi. Qırmızı Papaq ölmüş nənəsini görmək ümidi ilə içəri girəndə başqa mənzərə ilə rastlaşdı: nənə cırıq-cırıq olmuş köynəkdə, yanmış parikdə ora-bura qaçıb yanğını söndürməyə çalışırdı.

Erix Mariya Remark

- Gəl yanıma – Canavar dedi.

Qırmızı Papaq iki qədəh konyak süzdü və çarpayıya dirsəkləndi. Onlar konyakın tanış ətrini içlərinə çəkdilər. Bu konyakda kədər və yorğunluq var idi. Kədər və sönən alaqaranlıqların yorğunluğu. Konyak həyatın özü idi.

- Əlbəttə - qırmızı papaq dedi. Biz heç nəyə ümid edə bilmərik. Mənim gələcəyim yoxdu.

Canavar susurdu. Çünki onunla razı idi.

Uilyam Şekspir

Yemək, yoxsa yeməmək? Bütün məsələ budur.

Mənbə: adme.ru

# 13439 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər