“Arvadım elə səliqəsiz və naşıdır ki!”

“Arvadım elə səliqəsiz və naşıdır ki!”
25 avqust 2014
# 08:30

Kulis.az sizə 5 ibrətamiz pritça təqdim edir:

Sözlər bizə necə təsir edir?

İki dost söhbət edir:

- Arvadım elə səliqəsiz və naşıdır ki! Həmişə ona bu haqda deyirəm, ildən ilə də pisləşir.

İkinci isə deyir:

- Mənim arvadımsa elə ağıllı və yaxşıdır ki! İldən ilə də yaxşılaşır. Mən də ona bu haqda həmişə deyirəm.

Ürəyin nə ilə doludursa...

Bir neçə adam qəsdən yanlarından keçən müdrik kişinin arxasınca bərkdən danışmağa başladılar. Müdrik kişi bunu eşitdi, gülərək onlara “salamat qalın” dedi.

Ondan soruşdular:

- Onlar sənin arxanca danışırdılar, sənsə onlara gülümsədin və “salamat qalın” dedin. Yəni onlara heç kin saxlamırsan?

Müdrik kişi dedi:

— Mən bazara gedəndə cibimdə nə varsa, onu xərcləyirəm. İnsanlarla münasibətdə də belədir – ürəyində nə varsa, onu da “xərcləyirsən”.

Öz tələblərinlə ayaqlaş

Kişi evlənməyə qərar verir. O, mükəmməl qadın arzulayırdı. Əvvəlcə onun qarşısına gözəl qadın çıxdı. Sonra kişi qadının daxili aləminin kasad olduğun gördü. Onunla evlənmək istəmədi.

Sonra o, daxili aləmi zəngin olan, amma çox da gözəl olmayan qadınla rastlaşdı. Onu da istəmədi.

Nəhayət, istədiyini tapdı. Bu, ideal qadın idi – daxili aləmi zəngin, gözəl, cazibədar, bacarıqlı – bir sözlə, mükəmməl.

Ancaq təəssüf ki, onların münasibəti alınmadı. Çünki qadın da mükəmməl kişi axtarırdı.

Pis və yaxşı vərdişlər

Bir gün tələbələr qoca müəllimlərinin yanına gəlib soruşdular:

- Niyə axı pis vərdişlərə insan daha tez aludə olur, yaxşıları isə saxlamaqda çətinlik çəkir?

– Sağlam toxumu günün qabağına qoysan, xarab toxumu isə yerə basdırsan, necə olar? – müəllim soruşdu.

– Sağlam toxumlar məhv olar, pis toxum isə böyüyər və xarab bar gətirər – dedi tələbələr.

– İnsanlar da belə edirlər: yaxşı əməlləri gizlində, ürəyinin ta dərinliyində görmək əvəzinə, onu üzdə, hamıya göstəriş olsun deyə edirlər və ona görə də o yaxşılıq məhv olur. Öz çatışmazlıqların, günahlarını isə başqaları görməsin deyə ürəklərinin dərinliyində gizlədirlər. Onlar da böyüyür və insanın ürəyini xarab edirlər.

Özündən başla

Evli cütlük yeni evə köçürlər. Qadın yuxudan durar-durmaz pəncərəyə yaxınlaşır və zivəyə paltar asan qonşunu görür.

- Gör onun paltarları necə çirklidir - ərinə deyir.

Əri qəzet oxuyur və ona fikir vermirdi.

- Yəqin onun sabunu pisdir, ya da paltar yumağı bacarmır – qadın davam elədi.

Və hər səhər eyni şey təkrarlanırdı. Qadın qonşusunun paltarlarının çirkindən danışırdı.

Bir səhər oyananda isə o təəccübləndi:

- A! Bu gün paltarlar təmizdir! Yəqin artıq yumağı öyrəndi!

- Yox, - əri dedi, - mən səhər durub pəncərələri silmişəm.

# 5271 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər