news-inner
clock09:30 calendar-gray 20 Avqust 2014 view-gray5436 dəfə oxunub
view-gray5436 dəfə oxunub

İki zabit öldürüb türmədən qaçan, qızla aldadılan oğru

Bəhram Çələbi

MƏHBƏSDƏN QAÇIŞ - (PO­BEQ)

Həbsxanadan niyə qaçırlar? Bir çox hallarda bu suala nə psixoloqlar, nə konvoylar, nə də dustaqlar cavab tapa bilir. Əlbəttə, sual əsasən qatı canilərə - qatillərə, manyaklara, böyük cəza müddəti almış residivist məhbuslara aiddir. Onlar üçün qaçış – yaşamaq şansıdır.

Dünyada olan məhbəs yerlərindən elə birisi yoxdur ki, oradan azadlığa qovuşmaq üçün cəhdlər edilməsin.

Qarətçi residivist Qurd Cəbrayıl bir dəfə məhkəmə zalından, dörd dəfə həbs düşərgələrindən qaçmağa nail olub.

Superkiller adlandırılan Aleksandr Solonik həm həbs düşərgəsindən, həm də “Motrosskaya tişina” kimi qapalı qazamatdan qaçmağı bacarıb. Qraf Monte Kpisto isə ...

Belə misalları onlarca göstərmək olar.

Qızıldiş Mamedin məhbəs xatirələrindən:

- Ye­ni­cə İrkutsk vilayətindəki 17 saylı zondan Komidəki peresılkaya gətirilmişdim. Məni sumqayıtlı Tahirlə iki gəncəli oğlan qarşıladı. “Taxo” (Tahirin ayaması) paylama məntəqəsində artıq dörd aya yaxın idi bit əzir, yatab gözləyirdi. Dörd ay müddətində özünə blat qazanmış Tahirin ətrafında bir neçə otrisala, sportsmen cəmləşmişdi. Çifirdən qurtumlayaraq sakitcə söhbət edirdik.

- Ana­to­li Na­ğı­yev haqqında bir şey eşitmisən?- Tahir “Zolotoye runo” siqaretinin qutusunu mənə uzadaraq soruşdu və başının işarəsi ilə bizə süfrə hazırlayan oğlanı göstərərək: - bunun atası bərk xəstədir. O da Nağıyev kimi pobeq etməyi planlaşdırıb, – pıçıldadı.

- Məsləhət görmürəm, - dedim. - Tolikin iki nadzoru qət­lə ye­ti­rə­rək, zon­dan po­beq et­di­yi­ni təfərrüatı ilə bilirəm. Onu güclü idmançı kimi hələ Bakıdan tanıyırdım. Orta mək­təb­lə­rin­dən bi­rin­də bə­dən tər­bi­yə­si mü­əl­li­mi iş­lə­yirdi. Sonra isə ta­nış­la­rı va­si­tə­si­lə o vaxtlar Ba­kı­da ye­ni­cə ya­ran­ma­ğa baş­la­yan giz­li sex­lər­dən bi­rin­də eks­pe­rt ki­mi çalışırdı. Çoxları onun az bir müddətdə irəli getdiyinə, velosipedi “Moskviç-412”yə dəyişdiyinə həsədlə baxırdı. Əsas vəzifəsi giz­li yol­la is­teh­sal edi­lən mal­la­rı ittifaqın iri şə­hər­lə­ri­nə apar­maq və orada la­zı­mi yer­lə­rə bö­lüş­dü­rə­rək pul­la­rı­nı yığ­maq­dan iba­rət idi.

Xruşşovun hakimiyyətinin sonlarında “qanuni oğru” anlayışı həbsxanalardan fərqli olaraq azadlıqda demək olar ki, unudulmaqda idi. Brejnevin hakimiyyətə gəlişi ilə başlayan durğunluq, iqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi. İstehsalla tələbatın uyğunsuzluğu təşəbbüskar, işgüzar adamları fəaliyyət göstərməyə həvəsləndirdi. Baltikyanı respublikalarda, Gürcüstan, Azərbaycan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra göbələk kimi artdı. Sexovşiklər, alverçilər, möhtəkirlər yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, qısa müddətdə varlanmağa nail oldular.

Kriminal pulların sexovşiklər, qanuni oğrular və rüşvətxor məmurlar arasında bölüşdürülməsi öz axarı ilə, ağrısız keçdi. Kriminal pulların tüğyan etdiyi həmin dövrdə ittifaq məkanında daha qətiyyətli “oğru” nəsli meydana gəldi. Pula münasibət büsbütün dəyişdi. “Monqol” Rafik “Savo”, Paşa “Tsirul”, İvankov “Yaponçik”, “Ded Xasan” və sair kimi oğruların birləşdiyi bu yeni nəsil “klassik oğru qanunları”nın böyük qisminə sahib çıxdılar. Əgər əllinci illərin sonlarında “qanuni oğru” adına sırf oğrular, cibgirlər, aferistlər layiq görülürdüsə, yeni nəsil əsasən reket və quldurluqla məşğul olanlardan ibarət idi.

Tolik Nağıyev də həmin zümrənin nümayəndələrinə xidmət edirdi.

Tolikin çalışdığı sex­də nə is­teh­sal olun­du­ğu­nu de­yə bil­mə­rəm, amma Nağıyevin əsas mal apardığı şə­hərlər Odessa, Kişinyov və Vo­ro­nej idi. Bu işin ar­xa­sın­da şüb­hə­siz ki, həm Bakıda, həm də həmin şəhərlərdə çox yük­sək vəzi­fə­li adam­lar da­ya­nır­dı. 60-cı illərin ortalarında "se­xov­şik­lər əmə­liy­ya­tı" ilə əla­qə­dar bö­yük bir dəs­tə­nin həbs edil­mə­si­ni çox­la­rı yax­şıca xa­tır­la­yır.

Tolikin bu işə cəlb edil­mə­si və ən məsuliy­yət­li və­zi­fə­lər­dən bi­ri­nin ona tapşırılma­sı heç də tə­sa­dü­fi de­yil­di. Hə­va­lə edil­miş is­tə­ni­lən mə­sə­lə­ni şüb­hə­siz ye­ri­nə yeti­rə bil­mək ba­ca­rı­ğın­dan baş­qa, o, həm də fi­zi­ki cə­hət­dən qüv­vət­li olma­sı ilə diq­qə­ti cəlb et­miş­di. Az vaxt­da Tolik mü­əl­lim­li­yi ata­raq bu yol­la özü üçün yax­şı şə­ra­it ya­ra­da bil­miş­di. Lakin bu hal uzun çəkmir, giz­li sex­də is­teh­sal olu­nan mal­lar Odessa və Kişinyovda tu­tu­lur. İstintaq zamanı ağır işgəncələrə baxmayaraq Tolik bütün cinayəti öz boynuna götürür. Amma çox çəkmədən bu iş­də iş­ti­ra­kı olan­la­rın ha­mı­sı məsuliy­yə­tə cəlb edi­lir. Son­da və­ziy­yət be­lə alınır ki, əsas təş­ki­lat­çı­lar küllü miqdarda rüşvət sayəsində su­dan qu­ru çıx­ma­ğı bacarırlar. Nə­ti­cə­də məh­kə­mə qar­şı­sın­da tək­ba­şı­na ca­vab ver­ən Tolik “pol çervon” həbs cə­za­sı­na məh­kum edi­lir.

Onun ci­na­yət­kar­lıq yo­lu­nu tut­ma­sına ai­lə­də maddi çatışmazlıqdan ya­ra­nan na­ra­zı­lıq­la­r səbəb olmuşdu. Dəb­də­bə­li hə­yat tər­zi ya­şa­ma­ğa adət et­miş, milliyyət­cə rus olan zövcəsinin dai­mi tələb və tənə­lə­ri Toliki se­xov­şik­lə­rə qoşulma­ğa va­dar etmişdi.

Həbs cə­za­sı mü­əy­yən edil­dik­dən son­ra onu Sibirə, deyəsən Omsk guşələrindən bi­ri­nə etap göndərirlər. Cəza müddətinin üç ili­ni ba­şa vur­duq­dan son­ra ona məlu­mat çat­dı­rı­lır ki, arvadı baş­qa yo­la dü­şüb, özü də həmin sexovşiklərlə... Xə­bər ça­tan andan onun ən iztirablı məhbəs həyatı başlayır. İstintaq zamanı verilən işgəncələrdən yaranan ağrılara dözmək, beynini cırmaqlayan indiki iztirablardan daha yüngül idi. Həmin andan düşərgədən qaçış planı cızan Tolik Ba­kı­ya qa­yı­dıb övrətinin cə­za­sı­nı ver­mək fik­ri­nə dü­şür. Nə­ha­yət ki, buna nail olur - zon­da iki za­bi­ti qət­lə ye­ti­rə­rək, qaç­ma­ğa im­kan tapır.

To­lik zon­dan qaç­dıq­dan son­ra gə­lib Ba­kı­ya çı­xa bi­lsə də, mentlər Nataşkanı bu barədə xə­bər­dar edə­rək, qaç­ma­ğı­na şə­ra­it ya­ra­dır­lar. Bir müd­dət Ba­kı­da gizlənə­rək, onun izi­nə düş­mək üçün xey­li kəş­fiy­yat apa­rsa da burada qalmağın təh­lü­kə­li ol­du­ğu­nu an­la­ya­raq ge­ri­yə, Ru­si­ya­ya qa­yıt­maq qə­ra­rı­na gə­lir. Barəsində ümumittifaq ax­ta­rı­şı elan olun­du­ğun­dan To­likə giz­lən­mək üçün eti­bar­lı sı­ğı­na­caq la­zım idi. Bu, bir vaxtlar “qastrol”lara gəldiyi Vo­ro­nej şəhə­ri olur.

Ax­ta­rış­da ol­ma­sı­na bax­ma­ya­raq, Ana­to­li bü­tün “vahiməli azad­lığı” dövrün­də ar­dı­cıl ci­na­yət­lər tö­rə­dir. Nataşkanın ona qar­şı et­di­yi xə­ya­nətdən son­ra To­lya bü­tün qa­dın­la­ra qar­şı sonsuz nif­rət his­siy­lə ya­na­şır. Yaraşıqlı, boy-buxunlu, qüvvətli, dilli-dilavər olduğu üçün qadınlarla asanlıqla ünsiyyət qurur, bir gecə yaşadıqdan sonra öldürür, mənzili şmondan keçirib aradan çıxırdı.

Tolikin yaxalanması öz səh­vin­dən baş verir… Bü­tün İttifaqı - Mosk­va­dan tut­muş Si­bi­rin uc­qar şə­hər­lə­ri­nə­dək- vəl­və­lə­yə sal­mış bir ada­mı qa­dın hiy­lə­siy­lə ələ ke­çi­rmişdi­lər...

Hər bir hə­rə­kətin­də son də­rə­cə ehtiyatlı, diq­qət­li olan Na­ğı­yev qa­dın­la­ra qar­şı alu­də­li­yin­dən sa­yıq­lı­ğı­nı iti­rir. Uzun iz­lə­mə­lər­dən son­ra nə­ha­yət ki, onun koordi­nat­la­rı­nı mü­əy­yən­ləş­di­rir­lər. Gənc bir qızla onun gu­ya tə­sa­dü­fən görüşünü təş­kil edir­lər. Mi­lis ley­te­nan­tı olan gö­zəlçə şüb­hə­siz ki, onun görüşünə mül­ki pal­tar­da gəl­miş­di. Bü­tün tə­fər­rü­at­lar də­fə­lər­lə diq­qət­dən keçiril­dik­dən son­ra Tolikin həbs pla­nı təşkil edi­lir. Uzun müd­dət ax­ta­rış­da olan təhlü­kə­li ca­ni­nin tu­tul­ma­sı ağ­la­sığ­maz də­rə­cə­də yün­gül hə­ya­ta ke­çi­ri­lir. Qızın şəraba tök­dü­yü yu­xu dər­ma­nı öz işini görür. Mür­gü­lə­yən Nağıyevin kirpikləri qovuşan ki­mi qa­pı­nın ar­xa­sın­da göz­lə­yən mentlər otağa soxulurlar.

Vo­ro­nejdən Ros­to­va gə­ti­ri­lər­kən onu mü­şa­yi­ət edən kon­voy­la­rın əlin­dən çıxma­ğa im­kan tap­mır. La­kin elə Ros­tov­da tür­mə­yə sa­lın­dıq­dan son­ra haqqında ölüm hök­mü çı­xa­rı­la­ca­ğı­nı yəqinləşdirən Na­ğı­yev son də­rə­cə ümidsiz bir qaç­maq cəh­di edir. Bu­nu gö­rən kon­voy­lar xə­bər­dar­lı­ğa mə­həl qoy­ma­dı­ğı­nı gö­rüb, onu gül­ləylə tutur­, lakin öldürmürlər. Tapşırıq beləydi. Atılan beş gül­lə­nin ha­mı­sı qol və ayaq na­hi­yə­lə­rin­dən də­yir...

Xeyli müddət xəs­tə­xa­na­da ya­tdıqdan sonra Na­ğı­ye­v ye­ni­dən mü­ha­ki­mə edilir və ölüm hök­mü­ çıxarılır.

Hökm az müd­dət sonra ic­ra olu­nur…

Oxşar xəbərlər

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021