Özünü dəlixanada asan dahi

Özünü dəlixanada asan dahi
13 avqust 2014
# 08:00

Avqustun 11-də bütün dünya məşhur Hollivud aktyoru Robin Uilyamsın intiharından şoka düşdü. Dünyada hər gün yüzlərlə insan intihar edir. Amma məşhur insanların intiharı təbii olaraq daha çox maraq doğurur. İntihar etmiş məşhurların siyahısı çox uzundur.

Amma Kulis.az onlardan ən məşhur on dördünü təqdim edir.

Merilin Monro – 36 yaşında ölümü rəsmi sənədlərdə intihar olaraq göstərildi. Amma hadisə yerindəki dəlillərin yetərsizliyi, ekspertiza nəticələrinin yoxa çıxması və digər faktlar hadisənin intihar yox, qətl, Kennedi ailəsi ilə bu hadisənin əlaqəsinin olması kimi qarışıq fikirlərin ortaya çıxmasına şərait yaradıb.

Ernest Heminquey: Amerikan yazıçısı. Həyatının sonlarına yaxın hər şeyin bol olmasına dair fikirlər formalaşmışdı onda. 62 yaşında özünü ov tüfəngi ilə vuraraq atası və anası kimi intihar etdi.

Yukio Misima: Yapon ədəbiyyatının əsas imzalarından biri. Homoseksual idi. Fərqli həyat tərzi cəmiyyətdə normal qarşılanmırdı. 44 yaşında “xarakiri” edərək öldü.

Stefan Sveyq: Avstriya yazıçısı. Hitler hakimiyyətinin əbədi olacağı düşüncəsindən yaranan qorxu və bədbinlik nəticəsində depressiyaya düşən yazıçı 61 yaşında arvadı ilə birlikdə intihar etdi.

Cek London: Bütün dövrlərin ən çox oxunan yazıçısı kimi qəbul edilir. Yazdığı kitablardan çox pul qazanmasına baxmayaraq 40 yaşında dərman içərək intihar edib.

Salvador Allende: Çili prezidenti. Hərbi çevriliş zamanı intihar edib. Ancaq bəzi mənbələr öldürüldüyünü iddia edir.

Silviya Plat: Şairə. İkinci mərtəbədəki otaqlarında yatan uşaqlarına süd və şirniyyat aparıb qoyduqdan sonra, otağın qapısını bərk-bərk bağlayıb başını sobanın içinə soxaraq intihar edib.

Kurt Kobeyn: Amerika rok ifaçısı. Özünü tapança ilə vurub.

Adolf Hitler: Alman nasist hökumətinin lideri. Sovet ordusunun əlinə keçmək üzrəykən özünü ağzından vurub.

Ziqmund Freyd: Psixoanalizin banisi. Həkimin köməyi ilə yuxarı miqdarda morfi ilə intihar edib. (evtanaziya)

Cenis Coplin: musiqiçi. Yüksək dozada heroin qəbul edərək intihar edib.

Cim Morrison: Musiqiçi. “The doors” qrupunun vokalisti. Sevgilinin xəyanətindən sonra intihar etdiyi deyilir.

Sergey Yesenin- rus şairi. Bir ay psixoloji xəstəxanada yatdıqdan sonra özünü asaraq intihar edib.

Dalida: italyan əsilli musiqiçi, kino aktrisası. Yüksək dozada yuxu dərmanı ataraq intihar edib.

# 5460 dəfə oxunub

Oxşar xəbərlər

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?

12:30 16 avqust 2026
Əfsanəvi  “rok-n-roll kralı” haqqında maraqlı faktlar

Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar

11:30 16 avqust 2026
Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

16:30 14 avqust 2026
Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər