writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock15:13 calendar-gray 11 Avqust 2014 view-gray6037 dəfə oxunub
view-gray6037 dəfə oxunub

Kişi xəyanətinə haqq qazandırıram

Adətən müharibə gedən ölkələrdə oğlan uşaqları daha çox doğulur. Təbii ki, bunu “Allahın lütfü” kimi qəbul ediblər həmişə. Ancaq Allahın bu ədalətsizliyi başıdolu adamları qane etməyib. Tutaq ki, Allah babanın işidi, bəs Allah niyə bunu lap əvvəlindən eləmir? Niyə "hər şeyə qadir allah" balansı qorumaq fikrinə minlərlə ailə sahibsiz, minlərlə uşaq yetim qalandan sonra düşür? Müharibənin qarşısını alsa, daha gözəl olmazmı? Nə isə... Suallarımla, deyəsən, sadəlövh adam olduğum üzə çıxdı. Xatırladınızsa yuxarıda dedim ki, başıdolu adamları bu məntiqsizlik qane etməyib. Bəli, onlar da eləmə tənbəllik başlayıblar tədqiqat aparmağa. Möhkəm olun, nəticəni şəxsən özüm açıqlamaq istəyirəm.

Məlum olub ki, tarixən varlı insanların daha çox qızı olurmuş. Şahlar, krallar taxt-tacına varis olsun deyə oğlan uşağına sahib olmaq üçün çoxlu qadınla əlaqədə olurmuşlar. Çox vaxt qızları olurmuş. Nağıllarda, lətifələrdə də bizə çox tanış olan "şah qızı" məsələsi təsadüfi deyilmiş. Səbəb tamamilə biolojidir. Onu deyim ki, yumurta-hüceyrə ilə birləşmək uğrunda mübarizə aparan spermatozoidlərin təxminən yarısı X, yarısı isə Y xromosomu daşıyıcısı olur. Yumurta-hüceyrədə isə yalnız X xromosomu var. Qadın orqanizminin diploid xromosom dəsti XX formasındadır, kişi orqanizmində isə XY. Yəni yumurta-hüceyrə ilə Y xromosu birləşərkən oğlan, X xromosom birləşərkən isə qız dünyaya gəlir. Y xromosomları molekul çəkisinə görə X xromosomundan çox cüzi fərqlə yüngüldür və bu da dünyaya gələn oğlan uşaqlarının sayının bir qədər çox olmasına səbəb olur. Ancaq 18 yaşına qədər oğlan uşaqlarının ölüm ehtimalı qızlardan çox olduğu üçün bir müddət sonra tarazlıq düzəlir, hətta qızların sayı oğlanlardan bir az çoxdur. Son statistikaya görə 1000 kişiyə 1017 qadın düşür. Ancaq müharibələr və soyqırımlardan sonra doğulan oğlan uşaqları və qız uşaqları arasındakı say kəskin fərqlənir. Qayıdaq tədqiqata. Məlum olmuşdur ki, Y xromosu daşıyan sprematozoidlər turş mühitə davamsızdır, turş mühitdə hərəkət sürətini itirir və tez ölürlər. Bundan fərqli olaraq, X xromosomlu spermatozoidlər qələvi mühitə davamsızdır. Varlı insanlar daha çox heyvani mənşəli qidalarla, xüsusilə ətlə çox qidalandığından orqanizmin ümumi pH-ı turşuluğa doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlərin işi çətinləşir. Ancaq qızlar bu vəziyyətə dözümlüdür, X xromosomlu sprematozoidlər finişə tez çatır və daha çox qızlar dünyaya gəlir. Şahların və varlı insanların uşaqlarının daha çox qız olmasının səbəbi bu imiş. İndi mən bir şeyi yaxşı qana bilmirəm ki, niyə içəridə qızlar, çöldə kişilər güclü olurlar. Nə isə, sözümün canı innən belə gəlir. Bundan fərqli olaraq, müharibə gedən ölkələrdə aclıq hökm sürdüyü üçün insanlar ət məhsullarına, ətə və digər heyvani mənşəli qidalara həsrət qalanda daha çox düyü və digər bitgi mənşəli qidalarla yaşamağa məcbur olur. Bu isə orqanizmin pH-ını qələviyə doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlər yarışda qələbə çalırlar və dünyaya daha çox oğlan bəxş edirlər. Deməli, müharibələrdə belə tarazlığın qorunması faktını yanlış yerdə axtarıb, gedib allaha çıxmaq lazım deyil. Sən demə, daha anlaşılan, daha sadə izahı varmış. Bunu təbiətin, allahın yaxud təsadüflərin elədiyinin önəmi yoxdur, məncə. Ən önəmlisi, niyə və necə baş verdiyidir. Kişi-qadın orqanizmindəki bu fərq münasibətlərdə də özünü göstərir... Kişilər bir qadını sevəndən sonra onu əldə etmək üçün çalışır və bütün fikrini buna yönəldir.

Elə ki, ailə quruldu, cinsi münasibətlərdəki məhdudiyyətlər aradan qalxdı və deməli, qadın mayalandırıldı.... hə, iş ondan sonra başlayır. Mayalanmış qadın, doymuş olur, fizioloji olaraq. Aman-zaman bir yumurta hüceyrəsi öz əziz spermatozoidinə qovuşub artıq. Ancaq kişi orqanizmində milyardlarla yumurta hüceyrəyə həsrət spermatozoidin dayanmadan istehsalı gedir. Kişi yazıq neyləsin? Qadına nə var? İstəmir, eləmir. İş kişidədir. Bu halda xəyanət edən mayalanmış qadın, konkret olaraq anormaldır. Çünki o tarixin və öz orqanizminin qanunlarına zidd davranış sərgiləyir. Ancaq kişidə iş dəyişir. Onun dədə babaları, əcdadı bu mərhələdə mayalandırmağa yumurta hüceyrə axtarıb, tapıblar da. Kişinin qadına xəyanəti, əcdadına sadiqliyidir. Kişinin qadına sadiqliyi isə.... Yox, əcdadına xəyanət deyil. Bu başqa və daha geniş bir məsələnin mövzusudur. Kişi cinsi mayalandırıcıdır, onun orqanizmi mayalandırmaq üçün dayanmadan sprematozoid istehsal edir. Mayalandırmış kişi orqanizmində mayalanmadan əvvəlkindən fərqli heç nə olmur. Ancaq mayalanmış qadının orqanizmində, ən azı, ikinci bir orqanizm böyüməyə başlayır. Deməli o dəyişir, açıq-aşkar görülən bir dəyişiklik baş verir. Mayalanmış qadını tanımaq olur, ona metroda, marşrutda yer verilir, ağır yük qaldırmır, ürəyi bulanır, çəkisi artır və s. Bu kişi üçün də eyni ola bilərmi? Yox! Ona görə ki, onun orqanizmi çox qısa vaxt ərzində özünü tam bərpa edir və mayalandırmağa tam potensial hazır vəziyyətdə olur. Ona görə də yeni yumurta hüceyrələr axtarır, özündən asılı olmayaraq. Bu əcdadlardan qalma, qazanılmış bir xüsusiyyətdir. Yemək, nəfəs almaq, danışmaq kimi, xüsusiyyət. Ola bilər, başqa bir qadınla əlaqədə olarkən kontraseptivlərdən istifadə etsin, mayalanmanın qarşısını almağa çalışsın, bu isə sosiallıqdan irəli gəlir. Başqa bir çox halda olduğu kimi, beynini, orqanizmini aldadır. Əslində cinsi münasibətin yeganə məqsədi çoxalmadır. Yəni cinsi əlaqə çoxalmaq üçün qazanılmış instinkdir, həzz üçün yox. Ancaq proses həzverici olduğu üçün beynimizi aldadırıq...

Qısacası, qadınla kişinin xəyanətinə fərqli münasibətdə cəmiyyətlə müəyyən mənada razılaşmaq olar. Bu tarixən yaranmış, insanın təbiətindən qaynaqlanan bir şeydir. Kişilərin qadınlardan daha həris görünməsi ruhun xarablığı deyil, orqanizmlərinin fərqli cəhətlərinin büruzə verməsidir.

P.S. Deyəsən, mən bu yazımla kişi xəyanətinə tam haqq qazandırmış oldum. Amma günah məndə deyil. Şükürlər olsun ki, Allah deyiləm...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021