Səhv etdinsə, gülümsə - Çinlilərin atalar sözləri

Səhv etdinsə, gülümsə - Çinlilərin atalar sözləri
10 oktyabr 2018
# 21:01

Kulis.az dünyanın ən qədim xalqlarından olan çinlilərin atalar sözlərini təqdim edir:

Min kilometrlik səyahət bir addımla başlayır.

Sənin hər çatışmazlığını görəni düşmənin, hər tərifləyəni də dost bilmə.

Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır.

Ləngitməkdən qorxma, dayanmaqdan qorx.

Vaxtdan başqa itirilən hər şeyi tapmaq olur.

Təcrübə - keçəl olandan sonra saçı daramaqdır.

Güclü maneəni, müdrik bütün yolu təmizləyər.

Başqalarını danladığın kimi özünü danla, özünü bağışladığın kimi başqalarını da bağışla.

Axmağın xoşbəxtliyi də axmaq olur.

Sən nəyəsə ilişib yıxılmısansa, bu, o demək deyil ki, sən səhv yoldasan.

Gülüş dolu daxma darıxdırıcı saraydan daha zəngindir.

Sahildə çox otursan, axır-əvvəl qardaşının cəsədi gəlib yanından keçəcək.

Hər şeyə işıqlı tərəfindən baxmağa çalış. Əgər işıq yoxdusa, qara hissəni təmizləməyə başla, ta ki parıldayana qədər.

Hər şey öz vaxtında baş verir.

Bəla sürü ilə gəlir.

Bilməməkdən qorxma, öyrənməməkdən qorx.

Müəllimlər ancaq qapını açırlar, sonrasını özün gedirsən.

Külək nə qədər güclü əssə də, dağı yerindən tərpədə bilməz.

Sən dedin – inandım, təkrar etdin – şübhələndim, sən israr elədin – başa düşdüm ki, yalan deyirsən.

İstedadın varsa, indi bəxtinin gətirməməyini vecinə alma.

Bütü düzəldənlər ona səcdə etmirlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.

Qüsursuz dost olmur. Əgər qüsursuz dost axtarsan dostsuz qalacaqsan.

İstirahət etməyi bacarmayan yaxşı işləməyi də bacarmaz.

Bədbəxtlik ona açılan qapıdan içəri girir.

Utanmağı bacaran adamın ürəyi qara ola bilməz.

Eyni yastıqda yatmaq hər gün eyni yuxunu görmək demək deyil.

Yüz gün kölgə olmaqdansa, bir gün insan kimi yaşa.

Heç kim səyahətdən əvvəl olduğu kimi qayıtmır.

Böyük çaylar səssiz axır, ağıllı adam heç vaxt səsini qaldırmır.

Dağı yerindən oynadan adam buna kiçik daşları başqa yerə daşımaqla nail olub.

Səhv yol var, çıxılmaz vəziyyət yoxdur.

Səhv etdinsə, ən yaxşısı dərhal gülümsəməkdir.

Ağac əkmək üçün ən yaxşı vaxt 20 il əvvəl idi. Növbəti yaxşı vaxt – bu gündür.

Ən yaxşı döyüş baş tutmayan döyüşdür.

# 8159 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər