writer1

Sevinc Elsevər

Məqalə sayı

107
clock11:27 calendar-gray 21 İyul 2014 view-gray2329 dəfə oxunub
view-gray2329 dəfə oxunub

Qadın olmaq istəməyən şairə

Fəridənin şeirləri üçün...

Yaşıl bir çəmənlikdə tək bircə yerdə uzaqdan lalə görüb "gül gördüm, gül" deyə çığıran uşağın sevinci qəribə olur. "Onu birinci mən görmüşəm!" Və bütün uşaqlar o laləyə sarı yüyürür. Amma o uşaq bir ayrı cür yüyürür. Lalənin yerinə başqa şey də qoya bilərsiniz. Göy qurşağını ilk dəfə görüb o birilərinə göstərən uşaq da, kəpənəyi birinci görən uşaq da belə sevinir. Fəridə Məmmədovanın Kulis.az -da şeirləri yayımlananda mən də eyni sevinci yaşadım. Bu ki, mənim tapdığım çiçəkdir...

Bu, sizə keçən köşələrimdən birində haqqında söz açdığım həmin o istedadlı qızdır. Hansı ki, şeirləri arını özünə çəkən çiçək enerjisiylə çəkmişdi məni özünə sarı.

Mesaj qutusunda yazışmışdıq. Onun guya əcnəbi şairədən elədiyi "tərcümələrin" müəllifinin özü olduğunu biləndə sevinmişdim. Ədəbiyyatımızda yeni istedadlı qadın imzası doğulur deyə sevinsəm də, kədərlənmişdim ki, şeirlərini öz adından yaymağa çəkinir. Amma budur, onun şeirləri məşhur bir saytda yayımlanıb. Deməli, şeirlərinin altına öz imzasını atacaq qədər cəsarətlənib. Hətta bəlkə, az da olsa yazdığım köşə gözəl qızımıza cəsarət verib.

***

Ağaca fərqi yoxdu

Budaqlarından asılan beşikdi, yoxsa adam!

***

Kəsilmiş qadın saçları qədər sahibsizəm

***

Təkcə

Uşaq salan qadınlar anlayar məni

Onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq

Arzuladığını içindən atmaq...

***

Bir az da

yad dildən çevrilmiş şeir kimiyəm

yəni, əslində, bu deyiləm...

***

Tək olmadığını hiss etmək

Heç də həmişə rahatlıq gətirmir

Məsələn, mən sənin həyatında tək deyiləm...

***

Qaça-qaça keçib gəlmişəm aralarından

Qoy keçim, soyunum... qorxma,

“Sevişək’’ deməyəcəm

Üst-başımda gətirdiyim

Kişi nəzərlərindən arınmaqdı məqsədim...

***

Xəritəyə baxıram... rədd olsun bu boyda dünya

Qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.

Sən orda mərmi alovlarında qızınırsan bəlkə də

Mənsə, üşüyürəm ...birdən gələrsən

Görərəm ki,

Qolların yoxdu.

***

Başa düşürsən, ay adam

öldürüb içimdəki şairi

məndən qadın yaratmaq istəyirlər!

***

Unutmağa çalışdığımı necə başa salım sənə?!

Bax kənddə - babamgildə

Həyatla ölüm arasında bircə mərtəbə fərq var -

Evin ikinci mərtəbəsi...

Erməni snayperindən yayınmaq üçün

Pilləkənləri qaça-qaça qalxırlar

Orda yaşamırlar - gülləylə yarışırlar

mən də şəhərdə belə keçirəm küçələrdən

Xatirələrdən yayınım deyə...

***

Göyərçinlər yağış gölməçəsindən su içirlərsə

Dəniz olmağın nə mənası var?

***

Bacardığım qədər qısa və lakonik olmağa çalışdım. Amma baxdım ki, Fəridənin şeirlərindən məni tutan nə qədər misra seçə bilmişəm. Hələ bir xeylisi də qaldı. Bu gözəl misralardan sonra uzun-uzadı nə yazasan?! Gənc şairəyə, - bizim Çalıquşuna uğurlar arzulayıram!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İki gündən bir ağlaşma quran sənətçilər
11:20 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021