news-inner
clock21:00 calendar-gray 07 Yanvar 2020 view-gray4576 dəfə oxunub
view-gray4576 dəfə oxunub

“Ok” nəyin qısaltmasıdır? - Özümüzə ən çox verdiyimiz suallar

Dünyanın ən məşhur elmi dərgilərindən olan “BBC Focus” illərdir insanları ən çox maraqlandıran sualları müəyyən edib. Kulis.az həmin 20 sualı və onların cavablarını təqdim edir:

1. Solaxaylar daha ağıllıdılar?

Bu vaxta qədərki elmi araşdırmalar solaxayların sağ əlini işlədənlərdən daha yaradıcı, ya da ağıllı olduqlarını göstərməyib.

2. Niyə qaşınırıq?

Qaşınmaq dərinin yüngülvarı xəbərdarlığıdır. Bunun böcək dişləməsinə qarşı qoruyucu mexanizm olduğu da təxmin edilir.

3. Niyə qızdırmamız olanda üşüyürük?

Qızdırma bədənin öz termostatının hərarətini yüksəltməsi ilə yaranır. Ancaq insan tərləmədiyi, ya da qan təzyiqi qalxdığına görə üşüyür.

4. Soğan doğrayanda niyə ağlayırıq?

Soğan doğrayanda havaya “lachrymatoryfactor” adlı ferment yayılır ki, bu da gözdə qaşıntı yaradır. Göz isə özünü qorumaq üçün yaş axıdır.

5. Siqaretdən asılılıq neçə siqaretdən sonra yaranır?

Vacib olan siqaretin sayı deyil. Asılılıq səhər oyananda ilk siqareti nə vaxt yandırmağınızla bağlıdır. İlk siqaret çəkiləndən sonra asılılıq bir il ərzində formalaşır.

6. Dəniz havası almaq şəfalıdırmı?

Şəhərdən uzaqda, dəniz kənarında yaşamaq şəfalı ola bilər. “Dəniz havası”, yəni dənizdən gələn gözəl qoxu sahildə yaşayan bir bakteriya sayəsində yaranır. Ancaq alimlər bakteriyanın sahildəki havanı daha da çirkləndirdiyini müəyyən ediblər.

7. Hamı evində qalsa, qrip qurtarar?

Bəli. Qlobal karantin qrip virusunun sonu olar, amma bir insanın çölə çıxmağı kifayətdir ki, virusun yenidən yayılsın.

8. Bitkilər qocalıb ölə bilərmi?

Bəzi bitkilər yaxşı qulluq edildikdə insan ömründən də çox yaşaya bilərlər. Amma mövsümi bitkilərin ömrü qısadır.

9. Saqqız mədədə həmişəlik qalır?

Xeyr. Saqqız udulanda həzm olunmur, amma ən gec üç gün ərzində bədəndən ifraz olunur.

10. Öz-özünə danışanlar dəlidir?

Xeyr. İnsanların tək, yaxud pis olanda öz-özlərinə danışmaları olduqca normaldır.

11. Kişilərdə sellülit olur?

Portağal qabığı kimi dəri təkcə qadınlarda yox, kişilərdə də olur. Kişilərdə sellülit əsasən boyun və qarın bölgələrində rastlanılır.

12. Quşlar həqiqətən islanmır?

Quşlar dimdiklərində hazırladıqları yağı tüklərə sürtürlər. Bu da suyun yağı keçərək tükə keçməsinin qarşısını alır. Yəni quş tükləri suya davamlıdır.

13. Kosmosdakı ən soyuq yer haradır?

Dünyanın 5 min işıq ili uzaqlığında olan böyük toz və qaz buludu Bumeranq Nebulada temperatur mənfi 272 dərəcədir.

14. Rəqəmsal fotolar 100 il qalır?

Kağızda çap olunsa, ya da gün işığından qoruna bilən CD-də saxlansa, qalar.

15. Havaya atılan su necə buz kimi düşə bilər?

Mənfi 30 dərəcədə havaya atılan su yerə buz kimi düşür.

16. OK (Yaxşı) nəyin qısaltmasıdır?

Bununla bağlı ən populyar ehtimal budur: “All Correct”in (hər yer yaxşıdır) qısaldılmış “Oll Korreckt” formasında səhv yazılmış olması və elə “OK” kimi də qalması.

17. Niyə ozon təbəqəsini ozon qazı ilə doldurmuruq?

Antarktika üstündəki ozon dəliyi Amerikanın sahəsindən daha böyük ərazini tutur və oranın yenidən doldurulmaq üçün on milyonlarla ton ozon lazımdır. Bu miqdarda ozonun nəqlinin qiyməti isə astronomik dərəcədədir.

18. Qüsursuz görmə nədir?

Göz həkimlərinin gözü yoxlamaq üçün istifadə etdikləri lövhələrdəki hərflərin hamısını 6 metrlik uzaqlıqdan görmək qüsursuz görmə sayılır.

19. Mikroblarda da mikrob olur?

Bəli. Mikroblara yapışan daha balaca mikroblar da var.

20. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biri ilə eyni deyil?

Tək yumurta əkizləri eyni DNT-yə sahib olsalar da, tamamilə eyni deyillər. Xarici görünüş genləri müəyyən etmir. Barmaq izləri isə bədəndəki hormonlarla əlaqəlidir. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün barmaq izləri də eyni olmur.

news-inner-user

19055 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qadınlar sevmək üçündür, başa düşmək üçün yox - Sevgi haqqinda qəribə aforizmlər
21:02 17 İyun 2021
Məşhur aktyor yeni seriala çəkilir
18:50 17 İyun 2021
Atası başını qırxıb oğlan kimi böyütdü: İki dahi bəstəkarımızın evlilik təklif etdiyi “yaralı turac” - Video
18:33 17 İyun 2021
Orxan Saffarinin ilk kitabı nəşr olundu - Foto
18:14 17 İyun 2021
Çingiz Abdullayevə AYB-də yeni vəzifə tapşırıldı - Eksklüziv
17:47 17 İyun 2021
Buqələmun gecə rəngini dəyişmir - Kino tariximizdə ilkə imza atan film
17:01 17 İyun 2021
Məşhur hind aktyor vəfat etdi
16:17 17 İyun 2021
Başını dik tut, mən şəhid oldum
15:29 17 İyun 2021
Nizaminin sözlərinə bəstələnmiş musiqi albomu buraxıldı
14:40 17 İyun 2021
Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görüldü
13:52 17 İyun 2021
Van Dammın azərbaycanlı gəlini kimdir? – Dosye - Fotolar
13:08 17 İyun 2021
Yazıçılar İttifaqından qovuldu, peyğəmbərə görə ölüm fətvası verildi, küçədə qətlə yetirildi – Necə öldürüləcəyini öncədən yazan yazıçımız
12:45 17 İyun 2021
Van Dammın oğlu azərbaycanlı qızla evləndi: Ortaq dostları bu nikahdan yazır... - Fotolar
12:18 17 İyun 2021
Şəhriyarı Azərbaycandan küsdürənlər – Sərdar Amin yazır...
11:34 17 İyun 2021
Anamın ayaqqabısını geyindirdiyim qız məni necə aldatdı?
11:02 17 İyun 2021
Məni döyüb stadiondan qovdular
10:30 17 İyun 2021
Xalq artistindən üzücü xəbər: "Hərəkət edə bilmirəm"
09:44 17 İyun 2021
Cırıq maskalılar - Zamin Hacı yazır...
09:01 17 İyun 2021
Məşhur şairin qızı: “Atamın ölümünü məndən gizlədilər, amma...” - Müsahibə
21:00 16 İyun 2021
Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib
19:00 16 İyun 2021