writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock13:38 calendar-gray 09 İyul 2014 view-gray3614 dəfə oxunub
view-gray3614 dəfə oxunub

Qocalara borclu deyilik

“Böyük dayaq” filminin yadda qalan səhnələrindən biriatanın oğluna şillə vurmasıdır.Şillənin motivi, atanın haqlı, oğulun haqsız olub-olmaması mənim üçün önəmli deyil.

Vacib odur ki, rejissor da, əsərin müəllifi də, yəqin tamaşaçı da atanın yetkin, ali təhsilli, ailə sahibi olan oğluna hamıya qarşı getdiyinə görə şillə vurmasını norma hesab edir.

Və bu norma bizim üçün toxunulmazdır.

Çünki şərq mentallığında ağsaqqal, ağbirçək kultu, böyük sözü, məsləhəti konstitusiya qədər müqəddəsdir.

Ağsaqqal kultuna qarşı gedənlərin, üzünə ağ olanların (oxu: alternativ fikir söyləyənlərin) ailədə, cəmiyyətdə yeri yoxdur, o, birmənalı şəkildə qınaq obyektidir, nankordur.

Bizə təlqin edilən düşüncəyə görə, qocalar həmişə haqlıdır. Zira, ağsaqqal, ağbirçək haqsız ola bilməz. Haqsız olsa belə, onun ətəyində namaz qılmalısan. Bir sözünü iki eləməməlisən. Ömrünün axırınadək nazını çəkməlisən, onlara görə kölə olmalısan, ömrünü çürütməlisən, öz həyatını yaşamamalısan. Qocaların təcrübəsi, məişət səviyyəsindən çıxmayan dünyagörüşü bizə səhv yol göstərə bilməz. Onlar bizim yolumuzda əbədi məşəldir, mayakdır və sairvə ilaxır.

Məşhur atalar məsəlləri də (məsələn, “böyüyün sözünə baxmayan böyürə-böyürə qalar”), saysız-hesabsız uydurma ibrətamiz hekayətlər də gərəksiz ağsaqqal statusunu gücləndirirlər.

Ağsaqqal, ağbirçək - gənc nəsil münasibətinin toqquşduğu məkanlardan biri də ictimai yerlərdir.

Daha dəqiq desəm, ictimai nəqliyyatdır. Məsələn, avtobus. Avtobusda tez-tez yaşlılar gənclərin tərbiyəsizliyindən, sayğısızlıqdan gileylənirlər. Həmin qocaların keçmişinə bir balaca ekskurs etsən, məlum olar ki, neçə insana pislik edib, həyatını zəhərləyib, quyu qazıblar və bu adamlar indi sənə tərbiyə, mənəviyyat dərsi keçir.

Bir qayda olaraq avtobusda hamilə və uşaqlı qadın, ayaq üstə dayanmağa taqəti çatmayan, heysiz qoca, qarı istisna olmaqla özümdən yaşlılara yer vermirəm. 5-10 dəqiqə ayaq üstdə qalmaqla apokalipsis olmayacaq.

İndi cəmiyyətdə çoxu fiziki baxımdan xroniki yorğunluq sindromu yaşayır. Stresslər, min cürə səbəbdən xəstəliklər çox cavanlaşıb. Bu mənada cavanla qocanın fiziki dayanıqlığı, dözümlülüyü arasında böyük fərq yoxdur.

Yaşlıya yer verməyən gəncin çox ciddi problemi olduğunu düşünürlərmi? Təzyiqi qalxa, harasısa ağrıya, çox yorğun ola, özünü pis hiss edə bilməzmi?

Niyə qocalara elə gəlir ki, xəstəlik ancaq onlarda mövcud ola, ancaq onlar özlərini pis hiss edə bilər.

Gəncləri limitsiz borc hissi ilə yükləyən qocalar niyə elə düşünür ki, gənclər onlara borcludur? Nəyə görə, hansı yaxşı, normal həyatı təklif etdiyinə görə? Bunun üçün heç olmasa, bir neçə tutarlı səbəb göstərsinlər.

Azərbaycanda gənclərə, övlada mülkiyyətçi münasibət var. Ata-ana, ağsaqqal, ağbirçək övladının ona qarşı çıxmasına nəinki dözümsüzdür, ümumiyyətlə onların təsəvvüründə heç bir halda övladın etirazı ola bilməz.

Azərbaycanda alternativ fikrə dözümsüzlüyün, hətta sənətdə, ədəbiyyatda yeni dəyərlərin yaranmamasının əsl səbəbi də ağsaqqal kultunun cəmiyyətdəki dominantlığıdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021