writer1

Aliyə

Məqalə sayı

997
clock12:42 calendar-gray 09 İyul 2014 view-gray4980 dəfə oxunub
view-gray4980 dəfə oxunub

Xanım Qafarovanın iki cümləsi

Aliyə yazır

Xərçəngdən əziyyət çəkənlərin statistikasını açıqlamaq istəmirəm. Oxuyanda bu, soyuq rəqəmdən başqa bir şey deyil. Onlar çoxdurlar. Amma hamısını bir ümid birləşdirir: Onlar “sağalaram” deyə bir ümidlə bu xəstəliklə mübarizə aparırlar. Belə xəstələrə depressiya qətiyyən olmaz. O adamların ümidini göyərtmək üçün cəmiyyətdə yaxşı nümunələr olmalıdır.

Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarova xərçənglə çarpışır. Səhnədə bizi güldürən aktrisanın indi çarəsizcə əzab çəkməsini izləmək, “Səsimi, harayımı duysunlar, çox pisəm. Demək olar ki, hər gün ölümlə üz-üzə qalıram. Müalicə üçün köməyə ehtiyacım var. Bu müraciəti etdiyim üçün xəcalət çəkirəm. Amma övladıma görə, sizə kömək üçün müraciət edirəm. Qızım çox balacadır” deməsini eşitmək qulaqdan başqa qəlbi də olan hər bir insan üçün çox ağırdır. Amma bu, həm də xərçənglə mübarizə aparan insanlara ağır zərbədir.

Xanım Qafarovaya kömək etməklə, tək onun yox, xərçənglə çarpışan minlərlə insanın ümidini göyərtmək olar. Xanım Qafarovaya kömək etməklə bir körpənin anasını həyata qaytarmaq, cəmiyyətə "sevgiylə, qayğıyla, hər şey etmək mümkündür" mesajı göndərmək olar. Bu, hər şeydən əvvəl vətəndaşının qeydinə qalan dövlətin müvafiq qurumlarının marağında olmalıdır. Sonra kefiniz istəsə iclasda çıxışlarda qayğı və diqqətdən danışa bilərsiz.

Hər necə olsa bir insanı xilas etmək olar. Səhnədə olan, ölümlə üz-üzə qalan bir insanı. Bir insan azdırmı?

Onlarla insana “Xərçəngi məğlub etmək olar!” inamı vermək, onlarla insanı ümidsizlikdən xilas etmək az işdirmi? Necə ki, xərçəngə qalib gələn dünya ulduzlarını görürük.

Axı bizim aktrisaların o ulduzlar qədər maddi imkanı yoxdur, məşhurluğu ilə belə Xanım Qafarova özünə normal ev şəraiti düzəldə bilməyib. Deməli, ona kömək etmək lazımdır.

Onsuz da bizim televiziya: “Adəmi adəm eləyən paradır”, “Pulun yoxdursa, rədd ol, öl” reallığını dəqiq göstərməklə insanları ruhdan salır. Pullu müğənnilərin qarderoblarını eşələyən, bahalı əşyalarını görməmişcəsinə təqdim edən televiziyamızbunların ardınca xəstəlikdən və fikirdən üzülmüş, xaricdə müalicə üçün yardım istəyən aktrisanı göstərəndə şüuraltına belə bir mesaj verir: “Günah bu biçarələrin özlərindədir. Madam ki, pulları yoxdur, zəhmət çəksinlər, xəstələnməsinlər...”

Amma xəstəlik pula baxmır. Nəinki baxmır, hətta bu lənətə gəlmiş xəstəliyin yaranma səbəblərini də tibb dəqiq aydınlaşdıra bilməyib. Xanımın yerində hər kəs ola bilər. YazınıXanımın iki cümləsi ilə bitirirəm:

“Qızım balacadır. Ölmək istəmirəm”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020