news-inner
clock15:51 calendar-gray 07 İyul 2014 view-gray1770 dəfə oxunub
view-gray1770 dəfə oxunub

Seymur Baycandan yuğçulara cavab: “Ona dedim oyununu oyna...”

“Tamaşaya getmişdim. Tamaşa zamani susadım. Dəmir bankada meyvə şirəsi almışdım. Bankanın ağzını açanda Yuğun aktyoru başladı mənə sataşmağa ki, tamaşada kola içənlər filanlar... Deyəsən, məni tanımırdı. Mən də dedim ki, oyununu oyna. Bu söz ona çox təsir etdi. Çaşdı. Başladı yenə sataşmağa, mən bir daha təkrar etdim ki, oyununu oyna. Demək olar ki, tamaşa dağıldı. Çünki, aktyor heç cürə özünü ələ ala bilmirdi. Əlbəttə, özümü sıxıb bankanın ağzın açmazdım. Amma əgər Yuğun aktyorları tamaşaçılarla çox ərkyana davranırlarsa, bu cür davranışlara da hazır olmalıdırlar.” Yuğ Teatrının aktrisası Yaqut Paşayevanın onun teatrdan qovulması fikrinə aydınlıq gətirən Seymur Baycan Kulis.az -a açıqlamasında belə deyib.

O, daha sonra bildirib ki, rəhmətə gedən adamın adından yalan danışmaq yaxşı iş deyil. Vaqif müəllim onu teatrdan qovmayıb. Yazıçının fikrincə yuğçular elə bilirlər ki, tamaşaçılarla istədikləri kimi davrana bilərlər və tamaşaçı da bu davranışdan həzz almalıdır. Yazıçı teatrda yaranmış münaqişənin ardını belə danışır: “Fasilədə bu aktyor üstümə gəldi. Söz-söhbət düşdü. Vaqif müəllim yaxınlaşdı. Çox mədəni formada dedi ki, sən buranın tamaşaçısı deyilsən, sevimli qonağısan. Mən də dedim, Vaqif müəllim, səhnədə hoqqabazlıq etmək asandı, aktyorunuz bir atmacaya dözə bilmədi. Tamaşa dağıldı.

Adamlar deyəndə ki, biz sizin tamaşalarınızı başa düşmürük, yuğçular kef edirlər. Amma onlarla öz dilində danışanda məhv olurlar. O cür hoqqabazlıq edən adamlara ancaq gülmək lazımdı. Mən də bir yazı yazıb gülmüşdüm. O yazıdan sonra hansı gəzetdə işləyirdimsə, Vaqif müəllim o qəzetə müsahibə vermirdi. Bu söhbətin şahidləri var. Özü də açıq deyirdi ki nə qədər ki, o adam orada işləyir, mən o qəzetə müsahibə verməyəcəm. Amma axırıncı dəfə Yuğda olanda və həmin hadisə baş verəndə adamın üstündə allah var, Vaqif müəllim çox böyük nəzakət nümayiş etdirdi.

Mən sadəcə bir yazar olaraq fikirlərimi yazdım ki, iki cür təcrid olunan sənətçilər var, biri cəmiyyət tərəfindən həqiqətən də təcrid olunur, başqaları isə özləri özlərini qəsdən təcrid edirlər. Yuğçular da özləri özlərini qəsdən təcrid edən sənətçilərdi. Bu onların faciəsidi.

Somerset Moem deyirdi ki, teatrın ətrafında baş verənlər teatrın özündən daha maraqlıdır. Bu mənada Yuğun ətrafında baş verənlər onun səhnəsində baş verənlərdən yüz dəfə maraqlıdır.”

news-inner-user

15731 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020