news-inner
clock09:00 calendar-gray 01 İyul 2014 view-gray4126 dəfə oxunub
view-gray4126 dəfə oxunub

Hamilə qadınlardan pul almayan taksi sürücüsü

Yanımızdan ötüb keçən insanlar... Onlara çox vaxt fikir vermirik. Fikir versək də, onların həyat hekayətlərindən xəbərimiz olmur...

Kulis.az Facebookda yeni fəaliyyətə başlamış “Humans of Azerbaijan” (Azərbaycanın insanları) və “Humans of Baku” səhifələrindən seçdiyi maraqlı insanları, onların danışdıqları ilə birlikdə təqdim edir.

1) “Hər bir insan yaxşılıq eləməyi bacarmalıdır, çünki haçansa bu yaxşılıq ona mütləq qayıdacaq. Mən kasıb bir insanam, amma buna heç vaxt üzülməmişəm, çalışıram möhkəm olum. Həyatımda ən yaxın iki dostum var: bir itim, bir də pişiyim. Gördüyünüz kimi, evimin yarısını kitablar tutub. Əksəriyyətini oxumuşam, amma çox heyf ki, qalan kitabları bundan sonra oxuya bilməyəcəyəm. Gözlərim zəifləyib. İndi gənclərin çoxu kinolara baxır, amma mən onlara tövsiyə edərdim ki, mütləq kitab da oxusunlar, çünki kitab onlara bu həyatda çox kömək edəcək. Bu iti isə mən illər əvvəl küçədə tapmışam. Kimsə bunu döymüşdü , bir ayağını kəsmişdi. Mən də yan keçə bilmədim, götürdüm evə, ona qulluq elədim. Artıq neçə ildir bir yerdəyik. Məni qoymur darıxmağa. Bəlkə də qonşulara narahatlıq yaradır, amma qoy məni bağışlasınlar, onu mən heç yerə ata bilmərəm. Kitabları, heyvanları sevmək lazımdır”.

İqor dayı (Bakı sakini)

2) “Oğlum, heç nə deyə bilmərəm, sadəcə onu bil ki, çox ağır həyatım var. Balaca uşaqlarım var və onları dolandırmaq üçün zibil qablarından şüşə və plastmas butulkaları yığıb satıram. Hərdən insanların üzünə baxmağa belə utanıram, ona görə həmişə çalışıram ki, üzümü gizlədim. Çətinliyə baxmayaraq, dilənmirəm, öz zəhmətimlə pul qazanıram. Hərdən övladları yaşatmaq üçün valideyn öz canından belə keçməyə hazır olur”.

3) “Biz bir ailəyik. İnsanlar bu günün qədrini bilməlidirlər, çünki sabahın necə olacağını heç kim bilmir. Təzə ailə qurmuşdum və illər əvvəl üzümün sağ tərəfində bir xal çıxmışdı, mən isə bunu ciddiyə almayıb həkimə müraciət etmədim. Getdikcə bu xal üzümə yayıldı və mən simamı itirdim. Çətin vaxtlarımda həyat yoldaşım məni atıb getmədi, bilirsiniz mənə nə dedi? "Səni olduğun kimi sevəcəyəm, necə varsansa, sona qədər səninlə olacam və bizim uşaqlarımız da olacaq". Məhz onda mən başa düşdüm ki, seçimimdə yanılmamışam. Artıq bizim bir uşağımız var və mən ailəmi çox sevirəm. Həyatınızın dəyərini bilin, yaxınlarınızı sevin, onların hər anında yanında olun”.

4) "Hamı mənə dəli, xəstə kimi baxır, amma yox mən elə deyiləm. Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta mənə imkansız bir vətəndaş yaxınlaşıb pulsuz onu harasa getmək istəsə canla başla kömək edərəm. Bəlkə nə vaxtsa, mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu mənim seçimimdir!" –

Cəmaləddin Qaracayev

5) "1992-ci ildə Tibb Tarixi dərsi başladı. Mənə dedilər ki, bu dərsdən keçmək üçün mütləq pul verməlisən. Pul vermədim! İlk dərsdə müəllimə o zaman üçün çətin olan sualına doğru cavab verdim. Bundan sonra müəllim məndən heç vaxt dərs soruşmadı. İmtahanda isə mən suallara cavab vermək istəyəndə dedi ki, sənin qiymətini çoxdan yazmışam: "Dərsini oxu, deyilənlərə qulaq asma. Universitetdə heç kim səndən rüşvət almayacaq. Biz də insanıq! Gələcəkdə kimə müraciət etdiyimizi bilək".

Azərbaycan Tarixi müəllimi də soruşmadan 5 yazdı.

Aradan düz 12 il keçdi... Xaricdə təhsil alıb, Azərbaycana qayıtmışdım. Bir gün mənə dedilər ki, universitetdə bir müəllimin oğlu ölümcül xəstədir. Özü də evin bir uşağı...

Əməliyyata girməmişdən əvvəl xəstənin atasına "Siz mənə tarix dərsindən 5 yazan müəllimsiz. Əlimdən gələni edəcəm" dedim. Müəllimi ağlamaq tutdu...

Sistemli müalicə ilə xəstəni 2 həftəyə sağalda bildik. Bir gün xəstəni ziyarət etməyə gedəndə gördüm ki, o vaxt mənə Tibb Tarixindən qiymət yazan müəllimə də xəstəni ziyarət edənlər arasındadı. Mənə təşəkkür edəndə, hiss etdim ki, məni tanımadı. 12 il əvvəlki hadisəni danışdım. Bu müəlliməni də ağlamaq tutdu...

Qısası...Oxuyana hər zaman qiymət yazırlar"

Oxşar xəbərlər

Xəbər lenti

“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:12 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək? - Ayxan Ayvaz yazır
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020