II Beynəlxalq Turizm Festivalının qalibləri məlum oldu

II Beynəlxalq Turizm Festivalının qalibləri məlum oldu
30 iyun 2014
# 13:15

"Nizami” Kino Mərkəzində II Beynəlxalq Turizm filmləri festivalının təntənəli bağlanış mərasimi keçirilib. Kulis.azın trend.az-a istinadən verdiyi xəbərə görə, tədbir festival zamanı baş tutmuş tədbirləri əks etdirən videoroliklə başlayıb.

Sözügedən festivalın məqsədi turizmin müxtəlif növlərinə həsr olunmuş filmlərin yayılması, beynəlxalq və daxili turizmin inkişafına xidmət edən filmlərin müəlliflərinin mükafatlandırılmasıdır. Festivalın bir məqsədi də beynəlxalq tarixi və mədəni irs mərkəzi olaraq Azərbaycanın turizm potensialına diqqəti çəkməkdir.

Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film qatılıb. Beynəlxalq yüri heyətinin tərkibinə Ayaz Salayev, Aynur Talıbova, Vüqar Şıxməmmədov (Azərbaycan), Aleksandr Kammel (Avstriya), Sromenka Saraqa (Xorvatiya), Tofiq Şahverdiyev (Rusiya), Can Özbatır (Türkiyə) kimi kinematoqrafçılar, səyahət və turizm üzrə eksrertlər daxil idi.

Mükafatlandırma müxtəlif kateqoriyalar üzrə ararılıb.

Festivalın Qran-pri-sini Avstraliyadan olan “Barossa. Sənin sərəncamında” filmi qazanıb.

“Ölkə, bölgə, şəhər” nominasiyasında qızıl mükafatı “Krit: bütün dünya bir adada” (Üunanıstan) filmi, “Mədəniyyət, ənənələr” kateqoriyasında “Örtüksüz İstambul” (Türkiyə) filmi, “Reklam filmləri” kateqoriyasında “Adriatikin ürəyi” (Xorvatiya) filmi, “Turist xidmətləri” kateqoriyasında isə “İstanbul-söhbət etmək üçün ən yaxşı yer” (Türkiyəı) filmi, “Ekoturizm və xarici turizm” nominasiyasında qızıl mükafatı Böyük Britaniyadan olan “Göl” filmi qazanıb.

Festivalın qalibolmuş filmlərin adlarını sizə təqdim edirik.

Qran-pri - "Barossa. Sənin sərəncamında" (Avstraliya)

"Ölkə, bölgə, şəhər"

Qızıl mükafat - "Krit: bütün dünya bir adada" (Yunanıstan)

Gümüş mükafat - "Gözəl Banqladeş-əfsanələr diyarı" (Banqladeş)

Bürünc mükafat - "Zərləri atın" (Belçika)

“Mədəniyyət, ənənələr”

Qızıl mükafat - "Örtüksüz İStambul" (Türkiyə)

Gümüş mükafat - "Vanautuya qaçış" (Çexiya)

Bürünc mükafat- "Riqa – Avroranın mədəniyyət mərkəzi-2014" (Latviya)

“Reklam filmləri”

Qızıl mükafat - "Adriatikin ürəyi" (Xorvatiya)

Gümüş mükafat - "Gimnastika üzrə 30-cu Avrora çemrionatı" (Azərbaycan)

Bürünc mükafat - "An" (Avstriya)

"Turizm xidmətləri"

Qızıl mükafat - "İStambul: söhbət üçün ən yaxşı yer" (Türkiyə)

Gümüş mükafat - "Şönbrun möcüzəsi" (Avstriya)

Bürünc mükafat - "Parlaq macəralar" (Sloveniya)

"Ekoturizm və beynəlxalq turizm"

Qızıl mükafat - "Göl" (Böyük Britaniya)

Gümüş mükafat – “Buzlaq-Alr mələkləri" (Avstriya)

Bürünc mükafat - "İstiqamətsiz" (Danimarka)

“TV istehsalı”

Qızıl mükafat – “Üüksəklik simfoniyası” (Avstriya)

Gümüş mükafat - "Lissabon" filmi (Rusiya)

Bürünc mükafat - "Heyrətamiz buz dünyası" (Finlandiya)

"Mili mükafat" - "Azərbaycan: Avrorasayağı şərq cazibəsi" (Azerbaycan)

"Jürinin xüsusi mükafatı" - "Tilafuşi Qon Dxudox – Maldivdə tullantılar üçün sonuncu yer" (İtaliya)

Xatırladaq ki, “Qızıl mükafat”ın qalibləri diplom, priz və pul mükafatı ilə, “Gümüş” və “Bürünc” mükafatına layiq görülənlər diplom və prizlərlə mükafatlandırılıb.

# 2942 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Erməni qızı  - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Erməni qızı - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

12:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər