Tualetdə mütaliə - YARADICI MƏSLƏHƏTLƏR

Tualetdə mütaliə - YARADICI MƏSLƏHƏTLƏR
24 iyun 2014
# 08:00

Kulis.az daha yaradıcı olmağınız üçün 10 məsləhət təqdim edir.

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.

Yeni üsullara əl atın: Peşəniz yazmaqla bağlıdırsa, çalışın, fərqli məşğuliyyətlər tapasınız. Məsələn, rəsm çəkin, yaxud riyazi məsələlər həll edin, yəni bir növ beyninizi başqa səmtə yönəldin.

Yenilikçi olun: Yemək bişirəndə, iş görəndə, sevişəndə yeniliklərə açıq olmaq, “ilk”i sınaqdan keçirmək həmişə təzə fikirlərə qapı açır. Yeniliklərdən qorxmayın.

Gülmək: Birlikdə gülə bildiyiniz dostlarınıza gözünüz kimi baxın. Vacib olan təkcə gülməyin faydaları deyil. Güldürmək bacarıqdır. O dostlarla ən adi söhbət belə içinizdə qığılcımlara səbəb ola bilər.

Musiqi dopinqi: Özünüzü xoşbəxt hiss etdiyiniz vaxtda xoşbəxtlikdən bəhs edən mahnı dinləməkdən gözəl nə ola bilər? Əmin olun ki, bu, sizə fərqli əsər yaratmaqda əvəzsiz kömək göstərəcək.

Tualetdə mütaliə: Aqata Kristi detektiv romanlarının süjetini qab yuyarkən tapdığını deyirdi. Görünür ən gözlənilməz yerlərdə ağlınıza yeni ideyalar gələ bilər. Məsələn, tualetə gedəndə özünüzlə kitab, jurnal və ya elə qeyd dəftəri götürməyi unutmayın.

Gizli bir işlə məşğul olun: Qanunlar daxilində əlbəttə...Özünüzə məxsus bir hobbi, məşğuliyyət tapmaq elə də çətin deyil. Bu gizli işinizi heç kimə deməyin, tək vaxt keçirməyə çalışın.

Çox gəzin: “Çox oxuyan, yoxsa çox gəzən çox bilər?” sualı az qala yumurta-toyuq məsələsi qədər qədimdir. Əlbəttə ki, hər ikisi insana əvəzsiz təəssürat bağışlayır, amma çox gəzənin gördükləri bir başqadır... Səyahət etmək sizi dəyişdirəcək. Yeyib-içdiklərinizi deyil, gördüklərinizi danışın.

Nostalgiya: İşiniz nə olur-olsun, onun keçmişi ilə maraqlanın. Dizaynerlər keçmişin dəbinə, reklamçılar köhnə reklam üsullarına, mühəndislər orta dövr çertyojlarına baxsın.

Oyun oynayın: Kart da olar, Play Station da...Yetər ki məntiqinizi işlədib öz qaydalarınızı tətbiq edəcəyiniz oyun olsun. Bu cür oyunlarda qələbə qazanmaqdan daha həvəsləndirici nə ola bilər?!

# 7230 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər