Çe Gevaranın sitatları: “Bir çiçəyi öldürərsiz, amma baharı əsla!”

Çe Gevaranın sitatları: “Bir çiçəyi öldürərsiz, amma baharı əsla!”
14 iyun 2014
# 07:30

İyunun 14-də məşhur Argentina inqilabçı və siyasətçisi Ernesto Çe Gevaranın anadan olmasından 86 il ötür. Kulis.az Çe Gevaradan fotoları və maraqlı sitatları təqdim edir.

Bir yalan, hansı məqsəd üçün deyilmiş olursa olsun, həmişə, ən pis həqiqətdən daha pisdir.

Bir şeyi etmək üçün, onu çox sevməlisiniz. Bir şeyi sevmək üçün, ona dəlicəsinə inanmalısınız.

Bir inqilabçı başqasına atılan şilləni öz üzündə hiss edəndir...

Bir çiçəyi öldürərsiz, amma baharı əsla!

Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.

Döyüşən, uduza bilər. Döyüşməyən, çoxdan uduzmuşdur.

Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm!

Ən əhəmiyyətlisi, dünyanın harasında olursa olsun hər haqsızlığı özünüzə qarşı edilmiş kimi hiss etmə qabiliyyətinizi qoruya bilmənizdir. Bu bir inqilabçının ən əhəmiyyətli xüsusiyyətidir.

Gizlədəcək bir şeyin yoxsa, qorxacaq bir şeyin yox deməkdir.

Həyat, qorxaqları bağışlamaz.

İnqilabçının vəzifəsi inqilab etməkdir.

Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi...

Yoxsula gülmədim, zənginliyə etina etmədim, faşistləri sevmədim, əzilənləri döymədim, mən inqilabçı doğuldum, inqilabçı öləcəyəm.

İnqilabdan başqa bir həyat yoxdur.

Şübhə varsa, onu öldürmək lazımdır.

Çox şey qazanmaq üçün, hər şeyi itirməyə hazır olmalısınız.

Mən xilaskar deyiləm. Xilaskarlar mövcud deyil. İnsanlar özləri-özlərini xilas etməlidir.

Fərdlər haqqında deyil, həmişə kütlə haqqında düşünmək lazımdır. Fərdlər haqqında düşünmək cinayətkarlıqdır. Fərdin maraqları insan cəmiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir.

# 4354 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər