news-inner
clock21:01 calendar-gray 08 Aprel 2019 view-gray2485 dəfə oxunub
view-gray2485 dəfə oxunub

Pikasso qadınları niyə əyri çəkirdi?

Bu gün Pablo Pikassonun anım gündür. Kulis.az bu münasibətlə "Pikasso qadınları niyə əyri çəkirdi?" yazısını təqdim edir.

Miqren, katarakta və şizofreniya sadəcə günümüzün problemi deyil. Bir çoxunun iş-gücünü, gündəlik həyat tərzini ciddi şəkildə ləngidən bu xəstəliklər dahilərin öz əsərlərini yaratmalarını əngəlləyə bilmədi.

Pablo Pikasso miqrendən, Klad Mone ilə Van Qoq kataraktadan, Luis Vein şizofreniyadan əziyyət çəkib. Əsərləri bu gün milyonlarla ölçülən bu dahiləri adi insanlardan ayıran sadəcə istedadları idimi? Tablolarında xəstəliklərinin təsiri var idimi? İddialara görə Van Qoqun sarısı, kölgəli işıqları, Pikassonun üzü parçalanmış tabloları əslində xəstəliklərinin təsirindən qaynaqlanır.

Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyinə katarakta deyilir. Bütün dünyada ən çox rast gəlinən, görmə qabiliyyətinin itirilməsinə səbəb olan bu xəstəliyin qarşısı müalicəylə alına bilər.

ABŞ-da bir araşdırmada impressionizmin məşhur simalarından olan fransız rəssam Klod Monenin, dəyəri milyon dollarla ölçülən tablolarındakı dumanın kataraktadan qaynaqlandığı bildirilir. Həqiqətən də, Mone gözündəki kataraktadan mütəmadi şikayət edirdi. Rəsmlərdəki tünd rənglərin və tez-tez dəyişən yaşıl rənglər bundan qaynaqlandığı deyilir.

Image result for pablo pikasso qadınları

Göz xəstəlikləri üzrə bir neçə professorun gəldiyi nəticə belə olub: “1912-1922-ci illər arasında hər iki gözündə əmələ gələn kataraktaya görə görmə qabiliyyətindəki dəyişikliklər Monenin bu dönəmdə yaratdığı əsərlərə təsir etdi. Bunun təsirindən görmə qabiliyyəti ya kəskin azalır, ya da bulanıq görməyə başlayır. Nəticədə rəng seçimində fərqlər yaranır. Mone də bu dönəmdə rəngləri ayırmaqda çətinlik çəkdiyini və rəsmlərinin gedərək daha qaranlıq olduğunu dilə gətirmişdi. Bu dövrdəki bəzi rəsmlərində rəngləri gördüyü tonlara görə deyil, tübiklərin üzərinə yazılmış adlarına uyğun seçdiyini deyirlər. Monenin 1923-cü ildə keçirtdiyi katarakta əməliyyatından sonra çəkdiyi rəsmlərdə isə əvvəlki rəsmlərinə oxşarlıq hiss olunur.

Van Qoq da ağır depressiya xəstəsi və ya şizofren olduğu iddia olunur. Ancaq tablolarına baxılanda görmə qabiliyyətinin bulanıqlığı, xüsusilə də mavi rəngin azaldığı, sarının isə artdığı müşahidə olunur. Professorlar belə fikirlər irəli sürürlər: “Bu xüsusiyyətlər yaşla əlaqədar olan katarakta xəstələrində var. Diabetik katarakta xəstələri yarıqaranlıq ortamda normal görsələr də işıqlı ortamda zəif görürlər. Adətən işıq nöqtələrini ətrafı haləli şəkildə görürlər. Həyatının sonrakı illərində kataraktada əziyyət çəkən Van Qoq “Ulduzlu gecə” tablosunda bu səbəbdən ulduzları haləli göstərib. Ayrıca bir çox rəsmlərindəki sarı rəngdən genbol istifadə edib.

Image result for pablo pikasso qadınları

Əvvəllər miqrenin sadəcə dahilərdə rast gəlinən bir xəstəlik olduğunu düşünürdülər. Bir müddət əvvəl Londonda baş tutan “Dünya baş ağrıları” konfransında müzakirə olunan məsələlərdən biri də Pikasso imiş. Sən demə məşhur rəssam miqrendən (xüsusilə şiddətli baş ağrılarının başlanğıcına işarə edən görmə anormallıqlarından) əziyyət çəkirmiş.

Hollandiyadakı Leiden Universiteti Tibb mərkəzindən olan Maykl Ferrariyə görə Pikassonun əsərlərinin bəzilərinin tutma vaxtı keçirdikləri hissləri çəkən miqren xəstələrinin rəsmlərilə inanılmaz bənzərlikləri var. Ferrari: “Pablo Pikassonun qadın üzü təsvir olunan rəsmlərində gördüyümüz xəyali kəsiklər və axan, sürüşən üz hissələri ilə miqren xəstələrinin görmə qabiliyyəti arasında xeyli bənzərlik var. Miqrenin fəsadlarından biri görmə anormallıqlarının zaman içərisində artmasıdır”, – deyir. Ferrariyə görə xəstələrin 20-30%-i baş ağrısından əvvəl görmə anormallıqları yaşayır. Ferrari Pikasso əsərləri üzərində bir çox araşdırmalar aparıb. Miqren xəstələrinin çəkdiyi rəsm nümunələrini toplayıb. Bu xəstələrin çəkdikləri ilə Pikassosunun işləri arasında bir çox oxşarlıqlar tapıb.

Psixi xəstəliklərdə incəsənətə yaxınlıq son illərdə daha çox araşdırılıb. Şizofreniya xəstələrinin rəsm çəkmək qabiliyyətinə malik olduqları qəbul olunur. Heç bir xəstəlik insandakı yaradıcılıq qabiliyyətinin nişanəsi olmasa da ona təsir edə bilərr. Şizofreniya çox gənc yaşda törəyir. Şizofreniya insanın gedərək digərləri ilə münasibətlərdən, reallıqdan uzaqlaşaraq özünə aid bir dünyaya qapanması ilə müşayiət olunan ağır bir ruhi pozuntudur. Psixiatrlar fikrincə şizofreniya xəstələri nitqdən çox vizuallığa üstünlük verirlər. Bəlkə də bu xəstəliyin təbiətində belədir, belələri təbii olaraq sənətə yönəlirlər.”

Şizofren rəssamlardan ən çox tanınanı Luis Veyndir. Veyn daha çox çəkdiyi qeyri-adi pişik şəkilləri ilə tanınır. Ölümündən 15 il əvvəl şizofreniyaya tutulmuşdu. Yaxşı olduğu vaxtlarda pişikləri normal şəkillərdə təsvir edən Veyn xəstəliyi baş qaldıranda zaman tovuz quşu quyruğuna bənzəyən, sanki ətrafa enerji yayırmış kimi görünən rəngarəng pişiklər çəkərdi. Veyn beləcə istəmədən iki fərli texnika əldə etmişdi.

Bəzi araşdırmaların nəticəsinə görə yaradıcılıq qabiliyyəti ilə psixi xəstəliklərin ortaq geni mövcuddur. Bu genlərin bəzi adamlarda şizofreniyaya, bəzilərində isə maniyaya gətirib çıxartdığı deyilir. Hətta şizofreniya xəstəsi olan valideynlərin uşaqlarının incəsənətə meylliliyi digər valideynlərin uşaqlarına nisbətən daha çox olduğu iddia olunur.

news-inner-user
Elnarə Ağaoğlu

243 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Nobeli alan yazıçının ilk müsahibəsi: “Qorxuram...”
21:00 17 Oktyabr 2019
Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
18:40 17 Oktyabr 2019
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı - Fotolar
18:00 17 Oktyabr 2019
“YUĞ”da “Lənət” olacaq
16:57 17 Oktyabr 2019
Haqqımı mənimsəyən İmdat Avşar – Elçin Hüseynbəyli yazır...
16:15 17 Oktyabr 2019
Kəramət Böyükçöl: “O qız bilməliydi ki, mən anormalam” – Müsahibə
15:31 17 Oktyabr 2019
Bakıda ilk: Dayanacaqda kitab köşkü - Foto
14:45 17 Oktyabr 2019
“Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi davam edir
14:17 17 Oktyabr 2019
Rusiyaya gedən azərbaycanlının kədərli tarixçəsi
13:30 17 Oktyabr 2019
Nəsiminin 650 illiyi UNESKO-da qeyd olunub
12:50 17 Oktyabr 2019
Bu şeirlər 10-luğa düşüb - Mətnlər
12:20 17 Oktyabr 2019
Bu gün qaliblərə mükafatlar təqdim olunacaq
11:35 17 Oktyabr 2019
Tarzanın oğlu anasını öldürdü
11:01 17 Oktyabr 2019
Kinonun ittifaq dərdi
10:33 17 Oktyabr 2019
Ceyms Coysun məzarı köçürülə bilər
10:00 17 Oktyabr 2019
Qızının elçilərini evdən qovan azarkeş
09:00 17 Oktyabr 2019
Mənim sevmədiyim futbol - Şərif Ağayarın yazısı
20:44 16 Oktyabr 2019
Şabanın oğlunun ata uğursuzluğu – “Hərəkət səkkiz” filminin pərdəarxası
17:44 16 Oktyabr 2019
Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
17:11 16 Oktyabr 2019
Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16:30 16 Oktyabr 2019