writer1

Qan Turalı

Məqalə sayı

228
clock15:46 calendar-gray 30 May 2014 view-gray2356 dəfə oxunub
view-gray2356 dəfə oxunub

Qızın gizlətdiyi quş

Qan Turalı

Böyük bir idman zalı. Zalın ortasından düzülmüş stollar. Stolların bir tərəfində eyni geyimli adamlar oturub. Deyəsən, bura həbsxanadır. Digər tərəf isə boşdur, qapıdan keçib yoxlanılan adamlar bir an ayaq saxlayır, görüşəcəyi adamı tapıb onun qarşısında oturur. Zalın səssizliyi getdikcə pozulur, küy anbaan artır. Bir azdan bir qızcığaz qapıda görünür. Əlində bir vərəq. Vərəqdə quş şəkli. Sarı geyimli nəzarətçi onu saxlayır: “Bura quş şəkli gətirmək olmaz” Vərəqini alıb, cırır. Qız ağlayır. Sonra atasını axtarmağa başlayır. Atasını tapır, atası onu təsəlli etməyə çalışır. Qız sakitləşəndə görüş vaxtı bitir.

Yuxudan ayılıram. Televizor açıq qalıb. Şair Sunay Akını ekranda görürəm. Mənim yuxuda gördüyüm əhvalatın davamını danışır.

“Bir il sonra qız yenə görüşə gəlir. Yenə əlində kağız var. Bu dəfə ağac şəkli çəkib. Nəzarətçilər kağıza baxıb, onu buraxırlar. Sevinə-sevinə gəlib atasının yanında oturur. Atası vərəqə baxıb “nə qəşəng ağacdır, meyvələri yaman iridi, nə ağacıdı bu” deyə soruşur. Qız ağzını atasının qulağına dirəyib deyir: - Ata, bunlar meyvə deyil, yuvalardı, bir azdan quşlar onun içindən çıxıb, uçacaqlar”.

Mən bütün bunları yuxuda da görsəm, əhvalat uydurulsa belə nəticə birdir: Senzura sənət üçün maneə ola bilməz.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021