Əkiz qardaşını güllələdi, beş dəqiqə sonra özü də öldü...

Əkiz qardaşını güllələdi, beş dəqiqə sonra özü də öldü...
28 may 2014
# 08:00

Kulis.az tarixin 10 ən axmaq hadisəsini təqdim edir.

Kanzasda polis 22 yaşında gənci saxta pul istifadə etdiyinə görə həbs edir. Sən demə oğlan 16 dollarlıq 2 əsginas istifadə etmək istəyirmiş.

Vaşinqtonda bir cinayətkar həbsxanadan qaçır. Bir neçə gün sonra sevgilisi ilə görüşmək üçün vədələşirlər. Oğlan uzun müddət gözləyir, qız gəlib çıxmır. Götürüb polisə xəbər verir. Beləliklə, oğlanın özünü yaxalayırlar.

Miçiqanda sərxoş qarətçi kafedəki xidmətçi qızlardan pul tələb eləyib. Onlar da verməkdən imtina etdikdə, qarətçi onları polis çağıracağı ilə hədələyir. Qızlar buna məhəl qoymadıqda, qarətçi həqiqətən polis çağırır və polislər onun özünü tuturlar.

Marko və Roberto de Solisa adlı əkiz qardaşlar bir-birləri ilə yola getmirdilər. Robortonun tez-tez onunla məzələnməsinə dözə bilməyən Marko qardaşını güllə ilə öldürdü. Robertonun ölümündən 5 dəqiqə sonra Marko da öldü...

1985-ci ildə Nyu Orleanlı xilaskarlar həmin il şəhərin hovuzlarında heç kimin boğulmamağı üçün bir tədbir keçirdilər və sonra parti verdilər. Partidə bir nəfər hovuzda boğuldu.

Nyu-Yorkda 5-ci küçədə bir nəfəri maşın yüngülcə vurur. Kişiyə heç nə olmayıbmış. Sürücü maşından düşüb onun yaxşı olduğunu görür və maşına əyləşir. Düşünür ki, kişi qalxıb gedər. Amma kişi ayağa qalxmağa hazırlaşarkən hadisəni görən bir nəfər tez-bazar gəlib deyir ki, ayağa qalxmasa sığortadan pul ala bilər. Sürücü maşını sürüb gedir və kişi maşının altında qalıb ölür.

1975-ci ildə ingilis cütlük televizorda ən sevdikləri proqramı izləyərkən kişi yarım saat dayanmadan gülür. Buna görə infarkt keçirən kişi vəfat edir. Kişini basdırdıqdan sonra qadın verilişin müəlliflərinə məktub yazaraq ərinin həyatının son dəqiqələrini bu qədər xoşbəxt keçirmələrinə səbəbkar olduqlarına görə təşəkkür edir.

Ceyk Fen adlı macar həyat yoldaşını qorxutmaq üçün özünü yalandan asır. Evə gələn arvad ərini bu vəziyyətdə görüb özündən gedir. Qapını açıq görən qonşu arvad içəri girib iki “meyit” görür və evi soyur. Oğurladıqları ilə birlikdə evdən çıxarkən Ceyk arvada təpiklə vurur. Oğru arvad elə bilir ki, meyit dirilib və qorxudan ürəyi partlayır. Ceykə bəraət verirlər.

“Chevrolet” yeni model avtomobilə “Nova” adını verir. Amma sonra bəlli olur ki, maşını Latın Amerikasında satmaq mümkün olmayacaq. Çünki “Nova” ispanca “getməz” mənasını verirmiş.

1971-ci ildə torpaq sürüşmələrini araşdıran yapon alimləri leysan effekti yaratmaq üçün bir təpəni yanğın söndürənlər vasitəsilə sulayırlar. O qədər sulayırlar ki, təpə çökür, dörd alim və 11 seyrçi həlak olur.

# 3952 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

14:30 20 mart 2026
Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

15:00 15 mart 2026
Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

14:10 11 mart 2026
"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..."  - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

12:00 9 mart 2026
“Mənim heç kimim qalmadı...” -  Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

12:00 7 mart 2026
Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər