Aqşin Yenisey Gömrük Hospitalına köçürülüb - YENİLƏNİB

Aqşin Yenisey Gömrük Hospitalına köçürülüb  - YENİLƏNİB
27 may 2014
# 10:19

Aqşin Yenisey bu gün saat 13.00-da Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə Kulis.Az-a Aqşin Yenisey məlumat verib. Onun sözlərinə görə Gömrük Hospitalında müalicəsi dövlət hesabına aparılacaq.

11.19.

“İynə-dərmanlar öz sözünü deyir, səhhətim yavaş-yavaş düzəlir. Səhhətimdə ciddi irəliləyişin olduğunu hiss edirəm”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada hazırda xəstəxanada yatan şair Aqşin Yenisey bildirdi.

Onun sözlərinə görə, ciyərlərinə yığılan suyun çəkilməsi prosesi uğurla gedir: “Su quruyur artıq, bir şey qalmayıb”.

Dəstəyini əsirgəməyən bütün dostlara öz minnətdarlığını bildirən Aqşin Yenisey indi yanına heç kimin buraxılmadığını söylədi: “Həkimlər məəttəl qalıblar ki, bu avara kimdi axı, yanına bu qədər adam gəlir. Mənə baxan həkimlər isə deyir ki, çox narahat olmamalısan, yaxşı istirahət etməlisən, buna görə də çox adamın gəlməyi, burda bir neçə saat oturmağı doğru deyil. Hətta dostlarımızdan biri o günü burda kitab təqdimatı keçirirdi. Əlbəttə gələnlər məni çox istədiyinə, mənə görə narahat olduqlarına görə gəlirlər. Ancaq həkimlər mənim istirahətə ehtiyacım olduğunu nəzərə alaraq göstəriş veriblər ki, yanıma heç ki buraxılmasın”.

# 4917 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər