Seymur Baycan ruhi xəstəxanada

Seymur Baycan ruhi xəstəxanada
26 may 2014
# 11:07

Seymur Baycan Tiflisdə psixi müalicə alır. Bu barədə Kulis.Az-a yazıçının özü məlumat verib. O, bir aya yaxındır ki, Gürcüstandadır.

Xəstəliyi ilə bağlı danışan yazıçı deyib: “İki ildi məndə belə bir təəssürat yaranıb ki, qarnımda qurbağa yaşayır. Bir az əziyyət çəkirəm. Teatra, ictimai yerlərə gedə bilmirəm. Sakit yerdə otura bilmirəm ki, birdən quruldayar, yaxşı çıxmaz, narahatlıq yaranar. Doktor mənə başa saldı ki, bu mümkün deyil. Belə bir şey ola bilməz. Mən də dedim ki, bəlkə suyun içində balaca balasını udmuşam, qarnımda böyüyüb.”

Yazıçı bir aya yaxındır davam edən müalicədən sonra artıq qurbağanı unutmağa başlasa da hərdən yenə də yadına düşdüyünü deyib.

Yazıçı Gürcüstanda müalicə almasının səbəbini də açıqlayıb: “Bakıda dostlarım mənə bir həkim tapdılar. İki dəfə söhbət etdik. Məlum oldu ki, həkim Dostoyevskini, Çexovu, Herman Hesseni, Knut Hamsunu oxumayıb. Mən də ədəbiyyat oxumayan adama inana bilmirəm. Danışmağa mövzu tapmadıq. Heç cür dialoq alınmadı. Sonra bir türk həkim tapdılar. O da hoqqabazın biri idi. Onun özünü müalicə edən lazımdı”.

Daha sonra Gürcüstanda yaşayan dostlarımın vasitəsi ilə bir həkimlə tanış oldum. İndi həftədə üç-dörd dəfə onunla söhbət edirik. Hər dəfə bir əsəri, mövzunu müzakirə edirik. Məsələn, dünən “Sənət sənət üçündür” mövzusunu müzakirə etdik. Ondan qabaq Çexovun “Altı nömrəli palata” əsərini müzakirə etdik. O deyirdi, “Altı nömrəli palata” əsəri Çexovun həkim müşahidələrinin nəticəsi idi. Mən isə dedim ki, xeyr, həkim müşahidələrindən əlavə Çexov özü də başqa dalğaya girə bilmişdi. Əsərdən iki cümlə göstərdim və dedim ki, bunu ancaq mərkəzi sinir sistemi çökmüş adam yaza bilər.

Qərara gəlmişik ki, ən sonda Knut Hamsunun “Misteriyalar” əsərini müzakirə edək. Çünki bu əsər elmlə ədəbiyyatın ən çox toqquşduğu əsərdir. Mən elmi inkar etmirəm, amma gərək elm də ədəbiyyatı inkar etməsin. Çünki bir söz deyən kimi “əsəbdi”deyib adamın üstünə möhür vururlar.”

Seymur Baycan müalicədən sonra doktorla söhbətlərini sistemləşdirib silsilə yazılar yazacağını söyləyib.

# 9980 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər