Mina Sovetski Axundovu tanımadı

Mina Sovetski Axundovu tanımadı
14 may 2014
# 08:00

Kulis.Az-ın yeni layihəsi - “Səsdən sözə”

Budəfəki qonağımız Mina Sovetksidir.

- Orta məktəbi necə oxumusuz?

- Orta məktəbi demək olar ki, oxumamışam. Yəni dərslərdən qaçmışam, ağzımda saqqız dərsdə oturmuşam. Uşaqlıqdan dəcəl olmuşam e, başlarına oyun açmışam. Qulaqcıq taxıb mahnılara qulaq asmışam. Musiqili oxumuşam məktəbi. Hətta müəllim məni dərs danışmağa çıxardıb deyəndə ki, dərsi danış, çıxıb onlar üçün mahnı oxumuşam. Onlar da mənə qoşulublar. Həm çox dəcəl, həm də çox aqressiv olmuşam məktəb vaxtı. Əşyalarıma qarşı özü də. Kimsə toxunanda dəli olurdum. Bir qız var idi Fidan, təsadüfən çantamı onun partasının üzərinə qoymuşdum. Gəlib gördüm ki, çantamı götürüb atıb yerə. Hirsləndim gəlib üzünə şillə çəkdim. Sonra anası gəlmişdi üstümə özümü elə apardım ki, guya onu heç mən vurmamışam. Çox dəcəl olmuşam çox (gülür).

- “Uşaq və buz” şeiri yadınızdadırmı? Mümkünsə deyin...

- Bilirəm bu şeiri. Deyə də bilərəm:

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Durdu uşaq neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”

- Məktəb illərindən hansı əsərləri xatırlayırsınız?

- “Xəmsə” əsərini tanıyıram. Nizami Gəncəvi yazıb.

- İlk oxuduğunuz kitab? Mümkünsə ətraflı xatırlayın. Necə və hansı şəraitdə oxudunuz.

- İlk oxuduğum kitab “Əlifba” kitabıdır. Birinci sinifə gedəndə oxumuşam. O da ki, qırıq-qırıq.

- Həyatınıza təsir edən kitablar olubmu?

- Kitab deməzdim. Ssenari olub. “Xoca” filminin ssenarisi mənə çox təsir etmişdi. Onun mahnısını da mən oxumuşam. Sözləri və musiqisi çox təsirli idi.

- Müqəddəs kitablarından hansıları oxumusuz?

- “Qurani Kərimi” və “İncil”i oxumuşam. O da ki, məlumatım olsun deyə maraqlanmışam. Tam olaraq bilmirəm.

- Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?

- Keçən il bu vaxtı. “Qabusnamə”ni oxumuşam.

- Kitab seçiminizə nə təsir edir?

- Nə təsir edir? Kitab almışam ki? (gülür). “Qabusnamə”ni almışam. Onu da ki, mənə məsləhət görüblər. Məsləhətlə alıram çox vaxt. Məsləhətdən də çox şey asılıdır. Kitab hədiyyə ediblər mənə. Müğənni Ramal hədiyyə etmişdi. Amma mən özüm kitab hədiyyə etməmişəm.

- Hansı fasilələrlə kitab oxuyursunuz? Hər gün, həftədə bir dəfəmi, ya ayda bir dəfə və s.

- Vaxtım olanda çalışıram ki, nəsə oxuyum öyrənim.

- Kitabxananız varmı? Varsa əsasən hansı kitablardır? Yoxdursa, ümumiyyətlə evinizdə kitab varmı?

- Evimizdə kitabxana var. Balaca şkafım var. Orada nə cür istəsəz kitablar var.

- Təkrar oxuduğunuz kitab olubmu?

- Hə, olub. “Qabusnamə”ni təkrar oxumuşam. Niyə mən o kitabın adını çox çəkirəm deyim sizə. O kitab çoxlu məsləhətlər verir oxuyucuya. Həddindən artıq maraqlı kitabdır.

- Hansı mövzular sizə daha maraqlıdır və nə üçün?

- Detektiv. Nəyisə araşdırmaq, ya ona qarşı oyun oynamaq. Gizli işlərlə məşğul olmaq. Ümumiyyətlə mafiyanın içində olmağı çox sevirəm.

- Yandırmaq istədiyiniz kitab olubmu?

- Mən kitabları heç vaxt yandırmaram. İstəsəm belə yandırmaram. Çünki onlar bizə lazımdır.

- Hansı kitabı hamıya oxumağı məsləhət görərdiz?

- “Qabusnamə” kitabını (gülür). Doğrudan çox maraqlı kitabdır.

- Kitab oğurlamısınızmı?

- Hə olub ki ,kitabxanaya getmişəm kitab alıb-oxumuşam, marağımı çəkib, götürmüşəm, oxuyub qurtarmışam, amma qaytarmamışam (gülür).

- Maraqlı hesab etdiyiniz yazıçı və şairlər...

- Hərənin öz dəsti xətti var. Kimin ruhuna nə yaxındırsa alsın onu oxusun.

- Sevdiyiniz şeir hansıdır? Əzbə bilirsinizmi?

- Mirzə Ələkbər Sabirin “Nə işim” var şeirini əzbər bilirəm.

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da həqq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

- Oxuduğunuz mahnılarda sözlərə fikir verirsinizmi?

- Mütləq fikir verirəm. Çünki mənim oxuduğum mahnılarda hər bir bənd bir mesajdır.

- Sizcə Axundov kimdir?

- Axundov bizim evimizin yaxınlığımızdakı parkdır. Hərdən orada istirahət edirəm.

- Cavablara görə təşəkkürlər.

- Mən sizə təşəkkür edirəm. Bütün oxuyucularımızı öpürəm çoxlu çoxlu.

# 12327 dəfə oxunub

Oxşar xəbərlər

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər