news-inner
clock13:09 calendar-gray 13 May 2014 view-gray1559 dəfə oxunub
view-gray1559 dəfə oxunub

“Mənə dedilər ki, bu adamları seç” QALMAQAL

Azərbaycan Yazıçılar Birliyinin qurultayına nümayəndə seçilməsi zamanı Lənkərandakı qalmaqal barədə məlumat vermişdik.

Kulis.az mövzu ilə bağlı maraqlı tərəflərin fikirlərini təqdim edir.

İltifat Saleh ( AYB Lənkəran bölməsinin sədri, şair ) :

- Mən isə dedim ki, bu ayrılan altı nəfərlik heyətə mən əlavə adam artıra bilmərəm, çünki mən Yazıçılar Birliyinə tabeyəm, etiraz edə bilmərəm, mənə deyilib ki, bunu seç, göndər, vəssalam. Etiraz etmək, düzəliş etmək ümumi işi pozmaq deməkdir, çünki bütün rayonlar üzrə nümayəndələrin sayı artıq bölünüb və konkret nümayəndələr də deyilən say limiti ilə seçilib. İndi biz yenidən etiraz etsək, desək ki, Lənkərandan altı nəfərin getməsi azdır, məsələn, bizə on nəfərlik yer verin, amma bizdən əlavə üzvlər qəbul etməkdən ötrü digər rayonların nümayəndə heyətlərində ixtisarlar etmək lazım gələcək axı?! Hansı rayondan kəsib bizə versinlər? Qazaxdan, Qubadan, Mingəçevirdən, Gəncədən bir nəfər azaldıb bizə yer verməlidirlər? Bu da qurultaya hazırlıq işində hərcmərcliyə gətirib çıxaracaq. Mənim etirazım onadırr ki, hay-küy eləyənlər mətbuata bunları özləri istəyən kimi təqdim edirlər, mətbuat da bizdən mövqe soruşmadan qalmaqal yaradan formada bunları ictimaiyyətə təqdim edir. O adamlar özlərinin qurultaya nümayəndə seçilməklərini istəyirdilər, onların təklifləri keçməyib, mən demişəm ki, hər rayondan bir nəfər olsun, belə daha ədadlətlidir, deyə inanıram. Lerikdə isə ümumiyyətlə, AYB üzvləri bu dəqiqə yaşamır, olanlar Bakıdadırlar.

Tərlan Əbilov ( nümayəndə, şair ):

- Bizi qurultayla bağlı tədbirə çağırdılar, mən də getdim. Baxmayaraq ki, AYB Lənkəran bölməsi altı rayonu özündə birləşdirir, İltifat Saleh dedi ki, mənə deyiblər ki, hər rayondan bir nəfər nümayəndə seçilməlidir. Hamımız etiraz əlaməti olaraq bildirdik ki, bu rayonların hər birində ən azından otuz AYB üzvü var, orta hesabla, cənublu yazarların iki yüz əlli nəfərindən altısının seçilməsi həm qurultayın özünə, həm də bu bölgələrin yazarlarına hörmətsizlikdir. Təklif etdik ki, AYB sədri, yazıçı Anara müraciət etsin ki, heç olmasa hər rayondan iki nəfər seçilsin. İltifat Saleh dedi, mən onların qərarının əleyhinə gedə bilmərəm. İlk mənim adımı yazdı, sonra digər rayonlardan olan yazarların adlarını qeyd etdi. Elə içi mən qarışıq da hamımız altı nəfərin az olduğuna etiraz etdik. Yəni bizim etirazımız nümayəndə heyətinə seçilən həmkarlarımıza görə deyil, AYB-nin rayon bölmələrinin hərəsindən bircə adamın seçilməsi qərarına görə olub.

Hafiz Mirzə ( AYB sədrliyinə iddialı, yazıçı-publisist ):

- Mən buna nümayəndə seçimi yox, nümayəndə təyinatı deyərdim. Hazırda Azərbaycan ədəbiyyatında cənublu yazarların xüsusi çəkisi var. Bunu kimsə dana bilməz. Belə olduğu halda AYB-nin Lənkəran bölməsinə 6 rayon üzrə cəmi 6 nümayəndə yerinin ayrılması çox gülüncdür, əslində isə məqsədyönlüdür. Çünki mən bir neçə ildir ki, qarşıdakı qurultayda AYB sədrliyinə namizəd olacağımı açıq-aşkar bəyan etmişəm. Və təklif etmişəm ki, qurultayda AYB-nin gələcək inkişaf perspektivləri, fəaliyyət istiqamətləri və bunların icra mexanizmləri barədə namizədlər öz layihələrini təqdim etsinlər. Qurultay hansı layihəni məqbul hesab edərsə, onu və o layihənin rəhbərliyini seçsin. Mənim layihəmdə sədrlik məsələsi mühüm rol oynamırdı. Çünki yaradıcılıq təşkilatlarında bir şəxsin liderliyi heç doğru olmazdı. Burada koordinatorluq və ya 5 sahə üzrə həmsədrlik forması da qəbul oluna bilər. Amma... Onu da bildirmişdim ki, opponentlər mənim və mənim kimi kreativ düşüncəli aktiv yazarların qarşısını almaqdan ötrü onların qurultaya düşməsinə mane olacaqlar. Düşünürəm ki, məhz buna görə də bu dəfə nümayəndəlik norması heç bir kvotaya sığmayan tərzdə az və bizim qarşımızı kəsəcək dərəcədə bəsit müəyyən olunub: 6 rayonun hərəsinə bir nümayəndə! Bölmə sədri Lənkərandan olduğu üçün o avtomatik olaraq mandat alır və bir lənkəranlı yazar olaraq mən seçimdən kənarda qalıram. Mən bölmə sədri İltifat Salehi qınamıram, bütün bunlara gülümsəyirəm! Bir neçə ildir ki, yeni struktur və idarəetmə modeli barədə qəzetlərdə, saytlarda yazılarım, müsahibələrim gedir. Əgər bu vaxta qədər AYB-dən kimsə mənimlə bu barədə söhbət etmək istəməyibsə, nümayəndəlik məsələsində bu cür hoqqabazlıq təbiidir. Yeməkdən ümid yaxşı idi. Köhnə hamamda yenə köhnə tas olacaq. Olsun! Amma haraya qədər?

İtifat Saleh mətbuatda bildirib ki, guya ki, kimlərsə öz namizədliyini vermək istəyirmiş, o buna yol verməyib. Deməli, demokratik prinsipi pozub. Çünki hər bir üzvün seçmək və seçilmək hüququ var. Seçkinin gizli və ya açıq keçirilməsini ümumi yığıncaq müəyyən edə bilər. Əsasnamədə o iddia edən qaydada yalnız əl qaldırmaq və ya ağsaqqal missiyası-filan elə şey yoxdur. Lənkəranda seçki-filan keçirilməyib və bəlkə heç kvorum da olmayıb. 50 nəfərə yaxın üzvü olan bölmənin ümumi yığıncağında ən azı 27-28 nəfər iştirak etməli idi. Amma heç 15 nəfər yox idi. Əgər bizim üçün ədalətli kvota müəyyən edilməzsə və yeni seçki keçirilməzsə, mən bu nümayəndə "seçimini" haram, qurultay isə günah qismində tanıyacağam! Mənə cavab vermək istəməyənlər tezliklə Allahıma cavab verəcəklər!

news-inner-user
Cavi Dan

17 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021