Qadına niyə kişi adı verildi?

Qadına niyə kişi adı verildi?
8 may 2014
# 07:45

Kulis.Az film və seriallardan təsirlənərək uşaqlara verilmiş adlar haqında məqaləni təqdim edir.

Şirli

“Parlaq gözlər”

Şirli adı ingilisdilli ölkələrdə iki dəfə populyarlıq qazanıb. Birinci populyarlıq XIX əsrə təsadüf edir. Şarlotta Brontenin “Şirli” romanı (1849) çap olunana qədər bu kişi adı idi. Onilliklər ərzində bu məşhurluq artdı və 1928-ci ildə ən populyar qadın adı onluğuna düşdü. Bu adın ikinci populyarlığını araşdırmaçılar Şirli Templın məşhurluğu ilə bağlayırlar. Qızılı saçlı, zənəxdanlı, valehedici baxışı və heyrətamiz artistizmi ilə seçilən qızcığaz Hollivudun ən tanınmış uşağı idi. Onun 1930-cu ildən İkinci Dünya Müharibəsinə qədər olan filmləri gənc valideynlərə təsirsiz ötüşməmişdi.

Şirli ABŞ və Böyük Britaniyada ən populyar qadın adlarından biri oldu. Şirli Templ çox uzun bir həyat yaşadı, 2014-cü ildə vəfat elədi. Adının populyarlığı isə Şirlinin ömrü qədər uzun çəkmədi. Hazırda bu ad 1000-liyə də daxil olmur.

Ameli

“Ameli”

İnsanlara xoşbəxtlik tapmağa kömək edən Ameli Putan adlı qəribə qız haqqında 2001-ci ildə çəkilmiş romantik komediya bir çox gənc valideynin diqqətini özünə cəlb edə bildi. O vaxta qədər çox nadir hallarda istifadə olunan Ameli adı 2000-ci illərdən başlayaraq İngiltərə, Avstriya, Belçika və əlbəttə ki, Fransada çox populyar oldu. Xatırladaq ki, bununla belə heç bir ölkədə onluğa düşməyib.

Danila

“Qardaş,” “Qardaş 2”

1997-ci ildə “Qardaş” filminin nümayişindən sonra, xüsusilə də 2000-ci ildə filmin davamının nümayişindən sonra Danila adı Rusiyada top-10-lara düşdü. 2000-ci ildə isə Aleksandr adından sonra uşaqlara ən çox qoyulan ad oldu. Bu vaxta qədər Rusiyada çox nadir hallarda Danila adı verilirdi.

Harri

“Harri Porter”

Qədim ingilis adı Harri (Bu adın başqa forması Henridir) artıq bir əsrdən çoxdur ki, 100 ən populyar ingilis adından biridir. Amma Coan Roulinqin dünyaca məşhur romanları və eynəkli sehrbaz şagird Harri Porter haqqında filmlərdən sonra bu ad ilk onluğa qədər yüksələ bildi.

Kxalisi

“Taxt oyunları”

2012-ci ildə ABŞ-da 146 qız uşağı Emili Klarkın “Taxt oyunları” filmindəki personajının şərəfinə Kxalisi adlandırılmışdı. Daha doğrusu bu ad hazırda Betsi və Syuzan adlarından məşhurdur. Kxalisi adını 1996-cı ildə “Buz və odun mahnıları” fentezi seriya kitablarının müəllifi Corc Martin tapmışdı. Dotrakiyalıların uydurma dilində kxalisi “kraliça” deməkdir. Əslində kxalisi ad deyil, titul idi, filmdə personajın adı isə Deyneris idi. Halbuki o qədər də məşhur ola bilmədi.

Medison

“Şappıltı”

1985-ci ilə kimi qızlar Medison adlandırılmırdı. Bu kişi adı idi. Artıq 2001-ci ildə bu ad ABŞ-da məşhurluğuna görə ikinci oldu. Böyük Britaniyada isə top-50-liyə daxil oldu. Məsələ burasındadır ki, 1984-cü ildə Ron Hovardın su pərisi ilə Tom Hənksin məhəbbətindən bəhs edən “Şappıltı” adlı romantik komediyası ekranlara çıxdı. Filmdə su pərisi yol-hərəkət nişanında “Medison avenyu” ifadəsini gördükdən sonra bu adı özünə götürür.

Çendler

“Dostlar”

Qədim fransız adı Çendler “Dostlar” serialının gülməli, özünə inanmayana qəhrəmanı Çendler Binqin hesabına olduqca məşhur oldu. Məhz bu ad nədənsə qərbli tamaşaçıların xoşuna gəldi. Çendler adı öz populyarlığının zirvəsinə 1999-cu ildə qovuşdu. Belə ki, bu ildə 2394 yeni doğulmuş körpəyə Çendler adı verilmişdi. 2012-ci ildə isə 590 oğlan, 160 qız uşağına bu ad verilmişdi.

Ceykob və Bella

“Alatoranlıq”

Bella (və ya İzabella) olduqca dəbdən düşmüş ad idi, yaxın vaxtlara qədər valideynlər çox nadir hallarda uşaqlarını belə adlandırırdılar. Vampirlər haqqında filmdəki Bella Svon obrazına görə bu ad məşhurlaşdı. ABŞ-da bu olduqca məşhurdur.

“Alatoranlıq”ın digər məşhur adı Ceykobdur. Görünür vampirlər haqqındakı bu saqa valideynlərə əks təsir göstərib. Ceykob artıq 10 ildir ki, çox məşhurdur.

Jasmin

“Ələddin”

1992-ci ildə “Ələddin” adlı cizgi filminin nümayişindən sonra bu fars adı olduqca məşhur oldu.

ABŞ-da bu ad 1993-cü ildən uşaqlara verilməyə başladı. Jasminin türk variantı Yasəməndir. 2008-2009-cu illərdə Yasəmən adı Türkiyədə də məşhur idi. Bu ad İsraildə, Böyük Britaniya, Argentina, Brazilaya, Macarıstanda da məşhurdur.

Canqo

“Xilasedilmiş Canqo”

2013-cü ilin rəsmi məlumatları olmasa da Nameberry saytının məlumatına görə Kvetin Tarantinononun eyni adlı filminə görə bu ad onluğa düşməlidir.

Uolter

“Breaking bad”

Böyük Britaniyada adətən gənc valideynlərin seçimlərinə kral ailəsinin adları çox ciddi təsir göstərir. Amma 2013-cü ildə daha təsirli “Son gücədək” və “Vətən” serialları daha təsirli oldu.

Bununla da kral ailəsinin adlarından olan Corc adı top-1-dan çıxdı.

# 2764 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
# # #