Akademik Milli Dram Teatrı beynəlxalq festivaldan qayıdıb

Akademik Milli Dram Teatrı beynəlxalq festivaldan qayıdıb
6 may 2014
# 17:00

Akademik Milli Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından vətənə dönüb. Bu barədə kulis.az-a teatrın mətbuat xidmətindən məlumat veriblər. 14 aprel-16 may tarixləri arasında gerçəkləşən 16-cı Dövlət Teatrları Sabançı Beynəlxalq Adana Teatr Festivalına Akademik Milli Dram Teatrı “Lənkəran xanının vəziri” tamaşası ilə qatılıb. 1, 2 may tarixlərində Hacı Ömər Sabançı Kültür Mərkəzinin səhnəsində təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, və b. iştirak edirlər.

Proqrama həmçinin İstanbul Dövlət Teatrının “Səhra fırtınaları” və “Hamlet”, Kocaeli Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının “Qəfəsdən bir quş uçdu” və “İstanbul əfəndisi”, İspaniya Yllana Teatrının “Muu”, Ankara Ekin Teatrının “Üçüncü zəng”, Bursa Dövlət Teatrının “Sarıpınar”, İran İnruzha Teatr Birliyinin “Quraqlıq və yalan”, Mersin Dövlət Opera və Balet Teatrının “Çalıquşu”, Van Dövlət Teatrının “Ay işığı sirki”, İzmir Dövlət Teatrının “Sonuncu qışqırıq”, Eskişehir Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının Yalan dünya”, Kenter Teatrının “Seçilmiş hekayələr”, Rumuniya Passe-Partout Teatrının “Biz ikimiz”, Teatr Kedi “Mənə əsməyi öyrət” tamaşaları da daxildir.

Sabançı vəqfinin, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü ilə keçirilən Sabançı Beynəlxalq Adana Teatr Festivalı nəinki Türkiyədə, eləcə də dünya teatr məkanında tanınan nüfuzlu festivallardandır. Bu il 15 yaşını qeyd edən festivalda bu günə qədər 38 fərqli ölkədən 74 teatr kollektivinin 573 tamaşası nümayiş olunub. Ümumilikdə 5000-ə qədər sənətçinin qatıldığı festivalın 80000-dən artıq tamaşaçısı olub.

# 2573 dəfə oxunub

Oxşar xəbərlər

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri  - Anri Russonun "Yatmış qaraçı qadın"ı

Yırtıcı heyvanla müdafiəsiz insanın sürrealist sirri - Anri Russonun "Yatmış qaraçı qadın"ı

13:30 2 sentyabr 2026
Sədaqət, itaət və  andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

Sədaqət, itaət və andın ciddiliyi... - Edmund Leytondan "Cəngavər əməli"

16:30 1 sentyabr 2026
"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi  taleyi

Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi taleyi

12:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər