Sevimli qəhrəmanlarımızın yedikləri

Sevimli qəhrəmanlarımızın yedikləri
3 may 2014
# 07:45

Kulis.Az bədii əsərlərdə təsvir olunan maraqlı yeməkləri təqdim edir.

1. Quzu ətindən frikas (yemək növü)

Syuzan Kolins, “Aclıq oyunları”

“Acından ölürdüm və güvəc – çoxlu sous içində bifşteks, kartof, şalğam və soğan – o qədər ləziz idi ki, yavaş yeyə bilmirdim. Yemək otağının künclərində ləzzətli bir yeməyin yarada biləcəyi gəncləşdirici təsiri görə bilərdiniz. İnsanları necə daha da kübar, daha gülməli, daha xeyirxah ola biləcəyini və yaşamağa davam etməyin xəta olmadığını hiss etdirdiyini... Hər cür dərmandan daha yaxşı idi.”

2. Sousda qızardılmış yaşıl pomidorlar

Fenni Flenq, “Yarımstansiya kafesində qızardılmış yaşıl pomidorlar”

“Cənubda yemək dünyanın hər yerində olduğu kimi olduqca vacibdir, çünki insanların mədəniyyətini müəyyənləşdirir.”

3. Lokum

Steyplis Klayv Luis, “Narniya gündəlikləri 2-Şir, cadugər şkaf”

“Adəmoğlu–kraliça qəfildən dedi, - nəsə yemədən içməyin dadı olmaz. Nə yemək istiyərsən?

Türk lokumu, lütfən, kraliça həzrətlərii – dedi Edmund.

Kraliça mehtərədən bir damla daha damlatdı. Qəfildən yaşıl ipək bantla bağlı qutu peyda oldu. Qutuda xeyli türk lokumu vardı. Lokumlar dadlı və yumşaq idi. Edmund həyatında bundan ləzzətli bir şey dadmamışdı.”

4. Poularde à l’Estragon

Lev Tolstoy, “Anna Karenina”

“Stepan Arkadyeviç yeməklərin adını fransızca deməyi xoşlanmadığını bilən Tatarin onun ürəyi istəyənləri sifariş verməsinə bir şey demədi. Amma sifarişlərdən sonra yeməklərin adını öz bildiyi kimi təkrar etməyə başladı… “Soupe printaniere, turbot sauce Beaumarchais, poulard a l’estragon, Macedoine de fruits”. Bunu deyib menyu siyahısının o birini çıxardı. Bu içkilərin siyahısı idi. Stepan Arkadyeviçə uzatdı.”

5. Sansanın Limonlu keksləri

Corc Reymond Riçard Martin, “Buz və alovun şərqisi-Qarğaların ziyafəti”

“Limonlu limonlu limonlu kekslər… Və istədiyin qədər yeyə bilərsən.”

6. Ernest Heminqueyin sevimli hamburgeri

Ernest Heminquey, “Həmişə səninlə olan bayram”

“Gözəl və ucuz yeməklər yeyir, gözəl və ucuz içkilər içir, bir-birimizi isidərək qəşəngcə yatır və aşiq olurduq.”

7. Karamel souslu almalı piroq

Cek Keruak, “Yolda”

“Yenə almalı piroq yedim, ölkəni büsbütün gəzə-gəzə yediyim demək olar ki, bundan ibarət idi. Vitaminli olduğunu bilirdim. Əlbəttə, həm də çox ləzzətli idi.”

8. Karbonara spagettisi

Donna Tartt, “Payızbülbülü”

“Ölməyimə günlər qala yediyimiz yeməkləri tək-tək başımda sadalayırdım. Yunan kafesinə ən son gedişimizi, ən son axşam yeməyində mənə bişirdiyi karbonara spagettisi ilə ondan əvvəlki səfərdə bişirdiyi yeməyi…”

9. Kərə yağılı, sarımsaqlı balıq şorbası

Herman Melvil, “Mobi Dik”

“Aman dostlar, necə anladım sizə! Bu şorbanın içində qoz boyda, dadına doyulmayana dəniz ilbizləri, suxarı, incə-incə kəsilmiş donuz basdırması vardı; həmçinin kərə yağı və bol-bol duz, istiot.”

10. Şokoladlı baba (keks)

Maykl Şebon, “Kavalier və Klayın ağlagəlməz macəraları”

“Bişirdiyim baba keksi üçün yer ayırmısanmı? – dedi Bubbi. Şirniyyat üçün mədəmdə həmişə yer var, Missis Kavalier,” – deyə Bakon cavabladı.”

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #