Şair Teymur Elçinin 90 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib

Şair Teymur Elçinin 90 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib
24 aprel 2014
# 16:13

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında şair Teymur Elçinin 90 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev və başqaları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, kitabxanada görkəmli ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. O, qeyd edib ki, kitabxananın kollektivi tərəfindən T. Elçinin əsərlərini özündə əks etdirən biblioqrafiya nəşr olunub: "Bu biblioqrafiya Teymur Elçinin haqqında tədqiqat aparan mütəxəssislər üçün əhəmiyyətli mənbədir. Bundan başqa Teymur müəllimin şeirlərinə yazılan mahnılardan ibarət disk işıq üzü görüb. Teymur Elçinin bütün əsərləri, xatirə şəkilləri, onun haqqında yazılan yazılar internet bazada toplanıb".

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Ə. Qarayev T. Elçini dövlət xadimi və ədəbi şəxsiyyət kimi qiymətləndirib: "Teymur müəllim böyük vəzifə daşıyan dövlət nümayəndəsindən başqa, həm də şair kimi tanınır və sevilirdi. O, Azərbaycan ədəbi dilinin qorunmasında, onun inkişafında müstəsna xidmətlər göstərib, dilin yaşamasına təkan verib. Teymur Elçin gələcəyə baxan insan idi. Çünki o, uşaqlar üçün yazırdı".

Xalq yazıçısı Elçin Əfəndiyev T. Elçinin şeirlərinin bu gün də aktual olduğunu diqqətə çatdırıb. Yazıçı bildirib ki, təkcə uşaqlar yox, böyüklər də T. Elçinin şeirlərini oxuyurlar: "Şəxsən mən bu gün də Teymur müəllimin şeirlərini oxuyuram və uzun illər oxuyacam. Çox sevinirəm ki, o şeirlərin çoxu mənim övladlarıma yazılıb. Bu gün Teymur müəllimin ruhu şaddır və bizimlədir".

T. Elçinin oğlu, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev tədbirin təşkilinə görə ailəsi adından Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirib: "Bu gün bizim ailəmizin nurlu, günəşli günüdür. Burda söylənən xoş sözlərdən, səmimi çıxışlardan bir daha əmin oldum ki, insanlar mənim atamı çox seviblər, ona böyük hörmət və ehtiram göstəriblər".

Tədbirdə T. Elçin haqqında film nümayiş olunub.

Qeyd edək ki, T. Elçin 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olub. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1957-1964), Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975-1988) vəzifələrində çalışıb. Uşaqlar üçün "Mənim kiçik ulduzlarım", "Torağayın nəğməsi", "Qulaq asın, danışım", "Xoruzbanı gedirəm" və s. kitabların müəllifidir. Onun dünya xalqlarının uşaq ədəbiyyatından etdiyi - N.Zabillanın «Vətənim», «Balaca marina», K.Çukovskinin «Qorxunc tarakan», «Moydadır», «Aybolit», S.Marşakın «Usta tikir, usta sökür», P.Voronkonun «Ən gözəl yer vətəndir», T.Hofmanın «Şelkunçik və siçanlar padşahı» və s. kimi tərcümələr uşaqların və yeniyetmələrin ən çox mütaliə etdiyi kitablar sırasına daxildir.

T. Elçin 1992-ci ildə Bakıda dünyasını dəyişib.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər